Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Yanvar

2018
15:23
Yəhudi professor: Fələstində hərbi cinayət törədilir

Amerikalı siyasətçi, professor dr. Norman Finkelstein İsrailin Qəzzanı mühasirədə saxlamasını kəskin tənqid edib. FaktXeber.com-un məlumatına görə, politoloq Kolumbiya Universitetində çıxışı zamanı İsralilin mühasirəsi ilə Qəzzada yaranan humanitar böhrana diqqət çəkib.

«Qəzza  xarici aləmlə ayrılmış vəziyyətdədir və sürətlə yaşanması mümkün olmayan bir hala gəlir», - dedi.

İsrailin 2008-ci ildə «Qurğuşun» və 2014-cü ildə «Qoruyucu sərhəd» adı altında Qəzzada başlatdığı əməliyyatlarda  Fələstindəki mülki vətəndaşlara qarşı hücumlardan danışan Finkelstein İsrailin Fələstində hərbi cinayət işlədiyini bildirib.

O, çıxışı zamanı BMT və hüquq müdafiə təşkişlatlarını Fələstində mülki vətəndaşlara qarşı hücumlara ehtiyatla bəyanat vermələrini sərt şəkildə tənqid edib. 

Politoloq Trampın  Qüdsü İsrailin paytaxtı kimi tanıma qərarının da o qədər əhəmiyyətli olmadığını vurğulayıb: «Bu, bir nəfərin vermiş olduğu qərardı, həmin adam da Trampdır. Qərara  təşkilati dəstək yoxdur, buna görə, nəticə verəcəyini düşünmürəm. Hətta  Trampın bu qərarı əks reaksiyaya səbəb olub. Beynəlxalq  toplum  bu qərarı qəbul etməyib».

Finkelstein  İsrailin baş naziri Binyamin Netanyahunu da irqçilikdə ittiham edib.

Qeyd edək ki, yəhudi əsilli olan amerikalı politoloq dr. Norman  Finkelşteyn «Holokost sənayesi» kitabının müəllifidir. 2000-ci ildə çıxan kitabda müəllif  Holokost mövzusunun  İsrail və yəhudi təşkilatları tərəfindən maddi mənfəət və ideoloji  hədəflər üçün istifadə olunduğunu deyib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2018 19:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com