Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Yanvar

2018
15:18
Saakaşvili Poroşenkonu devirməyə yenə cəhd edəcək

Ukraynada "Yeni Qüvvələrin Hərəkəti" partiyasının lideri Mixail Saakaşvili ölkə başçısı Pyotr Poroşenkonun istefası tələbi ilə yenidən Kiyevdə etiraz aksiyalarına başlayıb. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə partiyanın Facebook səhifəsinə bəyanat yerləşdirilib.
 
"Biz qərara almışıq ki, ukraynalılar korrupsiya və oliqarxlar olmadan öz gələcəyini görür. Onlar buradan çıxıb getməlidir. Ukraynaya yeni yol lazımdır. Bu yolda bizim ilk tələbimiz Poroşenkonun istefasından başlayır",-deyə bəyanatda bildirilir.

Qeyd edək ki, Saakaşvilinin partiyası genişmiqyaslı aksiyası fevralın 4-nə təyin edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Saakaşvili 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-11-2018 11:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com