Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Yanvar

2018
14:32
Putin Ərdoğanla telefon danışığı aparıb

Rusiya prezidenti Volalimir Putin  Türkiyə prezidenti  Rəcəb Tayyid Ərdoğanla telefonla danışıb. FaktXeber.com-un RİA Novosti-yə istinadla məlumatına görə, bu barədə Kremldən bildirilib.

Məlumatda bildirilir ki, dövlət başçıları Soçi şəhərində keçirilən  Suriya Milli  Dialoqu  Konqresinin yekunlarından razılıqlarını bildiriblər. 

Qeyd edək ki, Soçi Konqresində Suriyanın bütün siyasi və etno-dini qruplarını təmsil edən 1500 nəfərdən artıq nümayəndə iştirak edib. Konqresdə əsas məsələ  Yeni Konstitusiya üzərində iş və Konstitusiya Komissiyasının yaradılması olub. Rusiya prezidentinin  Suriya məsələləri üzrə  müşaviri  Aleksandr Lavrentyev konqresin artıq 3 sənədi qəbul etdiyini bildirib: «Üç sənəd təsdiqlənib: yekun  bəyanat, iştirakçıların  müraciəti, həmçinin  Suriya Konstitusiyasının hazırlanması ilə bağlı  məsələlərə baxanı Komisiyaya namizədlərin  siyahısı».

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Putin Ərdoğan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-11-2018 07:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com