Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Yanvar

2018
11:39
`Jurnalistlər binası`nda oğurluq

Tanınmış jurnalist Ağanisə Sultanovanın evində oğurluq hadisəsi baş verib.

Hadisə yanvarın 30-da axşam saatlarında olub. Evdən jurnalistə məxsus pul və qızıl əşyaları oğurlanıb. Bu barədə A. Sultanova məlumat verib. O qeyd edib ki, hadisə Jurnalistlərin 1-ci binasında baş verib:

“Mənzildə o qədər qorxunc vəziyyətlə qarşılaşdım ki.  Bilirsiniz, əsas məsələ maddi ziyan deyil. Özümü çox pis hiss edirəm. Mənim bir evim var, hadisə də orda baş verib. Düzdür, polislər axşam 4-5 saat burada işlədilər. Axşam evə gələndə gördüm ki, qapını sındırıblar. Halbuki qapı bağlı idi. Məni ən çox ağrıdan anamın göz əməliyyatı üçün qəpik-qəpik yığdığım pul və atamın Həcc ziyatərindən mənə gətirdiyi boyunbağının oğurlanmasıdır. Ən pisi odur ki, divarda, dolabların üzərində qan ləkələri var. Ekspertizadan sonra polis ehtimal edir ki, oğru içəri girən zaman əlini zədələyib.  Mən qorxaq deyiləm, amma pis təsir edən hadisədir.  O vaxt da məni maşın vurdu, ancaq məsələnin üstü açılmadı. Ümid edirəm ki, bu hadisə belə qalmaz və  üstü açılar. Maddi ziyandan çox mənə mənəvi ziyan dəydi, onu heç nə ödəyə bilməz”.

Qeyd edək ki, uzun müddət “Xalq qəzetin”də çalışan Ağanisə Sultanova AzTV-nin İctimai-Siyasi Proqramlar Baş Redaksiyasının əməkdaşı kimi də fəaliyyət göstərib. Ona 2013-cü ildə prezident İlham Əliyev tərəfindən jurnalistlərin binasından mənzil verilib.(modern.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Jurnalist oğurluq 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 03:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com