Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Yanvar

2018
10:06
MKİ sədri: Çin də Rusiya qədər böyük təhdiddir

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeo Çini hədəf alaraq Çinin Qərbdəki addımlarının Rusiya qədər narahatlıq yaratdığını söyləyib.

FaktXəbər-in məlumatına görə, BBC-yə açıqlama verən Pompeo Çinin Qərbə təsir qabiliyyətinin daha yüksək olduğunu söyləyərək, "iki ölkənin iqtisadiyyatlarının miqyasını düşünün", - deyə bildirib.

ABŞ kəşfiyyatının Rusiyanın gələcəkdə keçiriləcək ABŞ seçkilərinə də qarışacağına inandığını deyən Pompeo, Çinin edə biləcəklərinin isə bundan daha əhatəli olduğunu bildirib.

Mayk Pompeo Çinin ənənəvi kəşfiyyat üsulları ilə yanaşı, iqtisadi təzyiqdən də istifadə edərək ABŞ-a təsir göstərəcəyini deyib.

Yaxın şərqə dair də danışan MKİ rəhbəri, İran təsirini azaltmaq üçün lazım olan hər şeyi edəcəklərini bildirib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : ABŞ Rusiya Çin 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 17:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com