Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Yanvar

2018
16:07
`Qarabağ` daha bir hücumçusu ilə yollarını ayırdı

Norveç milli komandasının futbolçusu Tarik Elyunussi Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ" klubunun düşərgəsini tərk edib. 

FaktXəbər bildirir ki, bu barədə report-a Azərbaycan təmsilçisinin direktoru Emrah Çelikel məlumat verib.  Onun sözlərinə görə, 30 yaşlı hücumçu müqavilə üzrə məxsus olduğu Yunanıstan "Olimpiakos"unun istəyilə kollektivdən ayrılıb. E.Çelikel təcrübəli forvardın mövsümün ikinci yarısında "Qarabağ"da çıxış etməyəcəyini vurğulayıb. 

Qeyd edək ki, "Qarabağ" Tarik Elyunussini 2017-ci ilin yayında "Olimpiakos"dan 1 illik icarəyə götürüb.  Əsas heyətə düşməkdə çətinlik çəkən norveçli hücumçunun İsveç AİK-inə keçəcəyi gözlənilir. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qarabağ klubu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2018 16:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com