Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Yanvar

2018
15:52
Türkiyə və Rusiya qırıcıları Suriyada qarşılaşdı - VİDEO
Türkiyənin 100 maşından ibarət hərbi konvoyu top atəşinə tutuldu

İdlibi nəzarətdə saxlayan silahlı qruplaşmaların rəhbəri Mustafa Hac Yusif "Anadolu" agentliyinə bildirib ki, Rusiya təyyarələri İdlibdə bazarı bombalayıb. Hücumda 7 nəfər ölüb, 18 nəfər isə yaralanıb.

FaktXəbər-in məlumatına görə, o, son günlər hücumların intensivləşdiyini bildirib. Mustafa Hac Yusif əlavə edib ki, günorta saatlarında Xan Şeyxuna təşkil olunan hava hücumunda da 5 nəfər yaralanıb.

Suriyanın şimalında və Türkiyə sərhədində yerləşən İdlib, 4-5 may 2017-ci il tarixli Astana toplantısında "gərginliyi azaltma bölgəsi" elan edilmişdi.

Bu arada qeyd edək ki, Türkiyədən İdlib istiqamətinə gedən silah konvoyunun görüntüləri yayılıb. Yüzə yaxın hərbi maşın və 15 tankdan ibarət konvoy sonuncu dəfə İdlibin cənubunda görüntülənib. Sözügedən ərazilərdə isə bir aya yaxındır Suriya ordusu və terrorçular arasında qarşıdurma gedir. Mustafa Hac Yusifin "bu gün Rusiya təyyarələri bazarı bombaladı" dediyi ərazi də məhz "əl-Qaidə"nin Suriyadakı keçmiş qolu olan "Nüsrə Cəbhəsi" terrorçularının nəzarətində olan yerlərdən biridir. Ehtimal olunur ki, Türkiyə Silahlı Qüvvələrinin bu əraziyə doğru istiqamətlənməsi Suriya ordusunun irəliləməsinin qarşısını almaq üçündür.

Suriya mənbələri bildirir ki, Suriya ordusu Hələbin yaxınlığındakı Əl-Kamari və Təllul-Eys məntəqəsində Türkiyədən gələn konvoyu artilleriya atəşinə tutub. Konvoydakı hərbçilər cavab atəşi açıblar. Türkiyəyə məxsus F-16 təyyarələri sözügedən rayona daxil olduqdan sonra Rusiyaya qırıcıları havaya qalxıb. Suriya ordusunun atəşindən yayınan silah konvoyu Əl-Qənatir bölgəsinə çəkiliblər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Suriya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 23:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com