Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Yanvar

2018
12:24
Jurnalistlərə mənzillərinin açarları təqdim edildi

Bu gün media nümayəndələri üçün inşa olunmuş ikinci binadakı mənzillərin açarlarının sahiblərinə təqdim olunması mərasimi keçirilib.

Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli binanın artıq istismara qəbul edildiyini söyləyib. 

Birinci bina ilə müqayisədə ikinci binada jurnalistlərə mənzillərin açarlarının verilməsinin gecikməsinə toxunan V. Səfərli deyib ki, istismar aktı olmadan binada yaşayışın olması mümkün deyildi: "Bu gündən binada yaşamaq mümkün olacaq. İşıq, su mənzillərin sahiblərinin adınadır, yalnız qaz kartları binanın tikintisini aparan şirkətin adınadır. Jurnalistlər özləri "Asan kommunal"da qaz kartlarını öz adlarına keçirə bilərlər".  

Jurnalistlərə mənzillərin açarlarının təqdim olunmasını mühüm hadisə kimi dəyərləndirən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bəzilərinin Azərbaycan dövlətinin media siyasətinin iflasa uğradığını söyləməsinin təəssüf doğurduğunu vurğulayıb. Media siyasətinin uğurlu nəticələrinin ortada olduğunu vurğulayan Ə. Həsənov mənzillərin jurnalistlər üçün xeyirli, uğurlu olmasını arzulayıb. 

Daha sonra mənzillərin açarları jurnalistlərə təqdim edilib.

Məqalədə : Jurnalistlər mənzil 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Azsığorta”dan oğurluq olub

25

May
13:39
HÜQUQ,HADİSƏ
215

Neftçala sakinindən 10 kq narkotik götürülüb

25

May
13:00
HÜQUQ,HADİSƏ
176

Biləsuvarda narkotacirlər tutuldu

25

May
12:40
HÜQUQ,HADİSƏ
201

Cahangir Hacıyev yenidən məhkəmə qarşısında

25

May
11:07
HÜQUQ,HADİSƏ
330

Faktiki hava şəraiti açıqlanıb

25

May
11:00
ÖLKƏ
302

Ay tutulmasının vaxtı məlum olub

25

May
10:19
ÖLKƏ
287

Neftin qiyməti bahalaşır

25

May
09:36
İQTİSADİYYAT
304

Atəşkəs 23 dəfə pozuldu

25

May
09:25
HƏRB
297
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2020 20:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru