Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

30 Yanvar

2018
10:42
367
Yəməndən Riyad hava limanına raket atılıb - VİDEO

FaktXeber.com-un məlumatına görə, Yəmən Ordusu və husilər Səudiyyə Ərəbistanına daha bir raket atıb. Yerli mənbələr bildirirlər ki, hədəf Riyaddakı hava limanı olub.

Qeyd edək ki, Səudiyyənin başçılıq etdiyi koalisiya qüvvələrinə məxsus təyyarələr 2015-ci ildən Yəmən ərazisinə avia zərbələr endirir.  Nəticədə ölkədə humanitar böhran yaranıb. Nəticədə milyonlarla insan evlərini itirib, yüz minlərlə insan ölüb və yaralanıb. Sakinlər bir tərəfdən Səudiyyənin bombardmanından, bir tərəfdəndə də aclıq, susuzluq və vəba epidemiyasından əziyyət çəkir.

BMT Uşaq Fondu YUNİSEF-in Yaxın Şərq və Şimali Afrika direktoru Gert Kappelaere Yəmən müharibəsində indiyədək 5 min uşağın öldüyünü açıqlayıb.

FaktXəbər-in məlumatına görə, o, Yəməndə hər gün 130-dan çox uşağın aclıq və ya xroniki xəstəlikdən dünyasını dəyişdiyini söyləyib.

Uşaqların Beynəlxalq Mühafizə Təşkilatı da bu kontekstdə yaydığı hesabatda belə deyib: "Səudiyyə Ərəbistanının Yəmənə sırıdığı blokadanın davam etməsi, yəmənli uşaqlar arasında ölümlərin daha da artmasına səbəb olacaq. 11 milyonu uşaqlardan ibarət 20 milyon yəmənli humanitar yardıma möhtac şəkildə yaşayır və bu ölkədəki vəziyyət, dünya miqyasında ən faciəvi humanitar faciədir."

Ümumdünya Səhiyyə Təşkilatı və YUNİSEF-in birgə bəyanatına görə, hazırda 150 min yəmənli uşaq aclıqla üz-üzədir və vəziyyətə müdaxilə edilməsə, sözügedən uşaqlar arasında ölüm halları artacaq.

Məqalədə : Yəmən raket 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-02-2018 06:35

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru