Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Yanvar

2018
09:59
Tramp Putinin köməkçilərini `qara siyashı`ya saldı
Birləşmiş Ştatlar Rusiyanın 96 oliqarx və 114 məmuruna qarşı sanksiya tətbiq edib

ABŞ Maliyyə Nazirliyi 210 rusiyalının adının qeyd olunduğu "Kreml məruzəsi"ni Konqresə təqdim edib. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə "TASS" agentliyi məlumat yayıb.

Birləşmiş Ştatların sanksiyasına məruz qalanlar arasında 114 dövlət məmuru və iri şirkət rəhbərləri ilə yanaşı, Rusiya Prezident Administrasiyanın rəhbərliyi - Anton Vayno, Aleksey Qromov, Dmitri Peskov və Vladislav Surkov da var. Bundan başqa siyahıya ölkənin Milli Qvardiya, FTX və DİN rəhbərləri və federal nazirləri də daxil edilib.

ABŞ-ın sanksiyassına tuş gələnlər arasında iş adamaları Roman Abramoviç, Alişer Usmanov, Süleyman Kərimov, Vladimir Potanin, Arkadi və Boris Rotenberqlər, Gennadi Timçenko, Oleq Tinkov, Yevgeni Kasperski və Pyotr Aven də var.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Putin 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 01:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com