Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Yanvar

2018
22:46
Almaniya dünyanın ən yaxşı qırıcısının adını açıqladı

Rusiyanın beşinci nəsil qırıcı təyyarəsi olan Su-57 Qərbdə rəqib tanımır, çünki NATO-nun onunla rəqabət aparacaq təyyarəsi yoxdur.

FaktXəbər-in Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu haqda Almaniyanın Contra Magazin portalı yazır.

Nəşr hesab edir ki, NATO-nun ən yaxşı qırıcısı Amerikanın "F-22 Raptor" və "F-35 Lightning II" qırıcısı yox, Avropanın "Eurofighter Typhoon"udur. ABŞ qırıcıları aşağı səmərəlilik və manevrlik qabiliyyətinə görə tənqid olunub.

Contra Magazin-in yazdığına görə, təyyarə istehsalında Amerika inqilabı aviasiyada degenerasiyaya səbəb oldu və NATO-nun hərbi hava qüvvələrinə də pis təsir göstərdi:

"Təəssüflər olsun ki, onlar rusların etdiyini etmədilər. Ruslar (hazırda Suriyada da istifadə olunan) Su-24-dən başlayaraq Su-27, Su-30 və Su-35-dən keçib Su-57 kimi təkmilləşə bildilər". 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Rusiya qırıcı Su-57 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-11-2018 08:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com