Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

29 Yanvar

2018
17:05
641
Hər gün piştaxtada görsək də əhəmiyyət vermədiyimiz İSPANAĞIN FAYDALARI

Hər bir insanın sağlamlığı, birinci növbədə qəbul edilən qidalardan çox asılıdır. Bəlkə də hər gün ispanağı göyərti satılan piştaxtada görsək də, o qədər əhəmiyyət vermirik.

Bizdə hamı ispanağı yumurta ilə kükü, yaxud başqa formada bişirərək yeyir, çiy halda qəbul etmək adəti yoxdur. Halbuki ispanaq, başdan-başa minerallar deposudur.

Böyüməkdə olan uşaqdan tutmuş qocalığa qədər hamı üçün faydalıdır.

İspanağın həftədə 1-2 stəkan şirəsini çəkib acqarına içməyi vərdiş halına gətirin. 

İspanaq yarpaqlarından çiy halda salatlar hazırlayın.

Qaraciyər, böyrəklər, sümüklər, göz üçün, həmçinin babasil xəstələri və daima qəbizlikdən əziyyət çəkənlər üçün çox faydalıdı.

Tərkibi bol miqdarda sellüloz ilə zəngindir. İspanaqda zəngin dəmir və C vitamini vardır, mükkəməl bir immunostimulyatordur. Qan azlığında, halsızlıq, yorğunluqda, göz zəifliyində çox faydalıdır.

İspanaqda zülal da çoxdur doyurucu və enerjiverici bir təsiri vardır, ürək üçündə faydalı bir qidadır, ürək əzələsini qüvvətləndirir.

İspanağı çox yeymək infarktın qarşısını alır, əzələ qıcolmaları olanlar üçün də əvəzolunmaz qidadır.

İspanağın tərkibindəki minerallar sümük və dişlər üçün çox faydalıdır, klimaks keçirən xanımlar, hamiləlikdən sonra ana olan xanımlar üçün ispanaq salatı və şirəsi mükəmməldir, sümük ərimələrinin qarşısını alır, təzə qan yaradır.

Diqqət. İspanaqdan yeməklər və ya salatlar hazırlanan kimi yeyilsə yaxşıdır. Bir gündən çox saxlanmış ispanaqlı yeməklər tez xarab ola bilər, belə ki, ispanaqlı yeməklərdə zəhərli nitrat turşusunun duzları əmələ gəlir.

Fizuli Hüseynov

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2018 13:16

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru