Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Yanvar

2018
15:26
1019
`Tələbə kreditləri haqqında` qanun layihəsi hazırlanacaq

Milli Məclisin Elm və təhsil komitəsi "Tələbə kreditləri haqqında" qanun layihəsi hazırlamağı planlaşdırır.

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, "Tələbə kreditləri haqqında" qanun layihəsini hazırlamaq artıq zəruri tələbata çevrilib: "Yaxın perspektivdə bu layihəni hazırlamağı düşünürük. Hazırda bununla bağlı dünya təcrübəsini öyrənirik".

İ.Həbibbəyli əlavə edib ki, ötən il ərzində komitəyə müraciət daha çox işdən çıxarılma, diaqnostik qiymətləndirmə, qaçqın və məcburi köçkünlərin təhsilləri ilə bağlı olub: "Ötən dərs ili ilə müqayisədə bu il təhsil haqları ilə bağlı şikayətlər az daxil olub. Bunun səbəbi də təhsil kreditlərinin verilməsi üçün "Maarifçi" Tələbə Kredit Fondunun yaradılması olub".(Trend)

Məqalədə : Tələbə krediti 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2018 07:23

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status