Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

29 Yanvar

2018
14:42
366
Qışda yaşayan ağcaqanadlardan ehtiyatlı olun!

Türkiyə Səhiyyə Nazirliyi ölkə vətəndaşlarını “Zika virusu” barədə xəbərdar edib. Bildirilir ki, ölkədə xəstəliyin daşıyıcıları olan iki ağcaqanad növü müəyyənləşib və bununla əlaqədar müəyyən tövsiyələr irəli sürüb. Həmçinin Rusiya səhiyyə qurumu da öz vətəndaşlarını bu ölkəyə səfər edərkən ehtiyatlı olmağa çağırıb.

Bəs görəsən “Zika virusu” nədir və onun Azərbaycana da gəlməsinə ehtimal varmı?

FaktXeber.com məsələ ilə əlaqədar tibb elmləri doktoru Adil Qeybulladan münasibət öyrənib.

Bu virusun yeni yaranmadığını  bildirən professor ümumiyyətlə virus infeksiyalarının qarşısını almağın çətin olduğunu bildirdi: 

“Qanla yayılan viruslar olsa da, əksəriyyəti hava-damcı yolu ilə yayılır. Bu gün dünyada insanlar miqrasiya durumundadır, müxtəlif ölkələrə gedib-gəlirlər. Zika virusu da hava-damcı yolu ilə keçdiyi üçün təhlükəlidir.”

Tibb eksperti yaşadığımız XXI əsrin virus əsri olduğunu dedi: 

“”Quş qripi”, “Honkonq pnevmaniyası”, qrip viruslarının müxtəlif ştamları, “Koksaki virusu”, Afrika ölkələrindən gələn müxtəlif qızdırma verən viruslar… Yəni çoxsaylı virus infeksiyaları var. Azərbaycanda da yayılması mümkündür, çünki müxtəlif ölkələrdən turistlər gəlib-gedir, onların arasında xəstə insanların da gəlməsi mümkündür.”

Dr. Adil Qeybulla bildirdi ki, virusun yayılmasının qarşısının alınması üçün müəyyən tədbirlər görülməlidir: 

“Ümumdünya Səhiyyə Təşkilatının bu istiqamətdə - sərhəd-keçid zonalarında, ölkə daxilində nələrə nəzarət edilməlidir, infeksiya yayılması təqdirdə onu lokallaşdırmaq tədbirləri nədən ibarət olmalıdır və sair - konkret tövsiyələri var və onun əsasında tədbirlər görülməlidir.”

Bu virusların Azərbaycana gəlmə ehtimalı barədə də danışan professor bunun çox asan ola biləcəyini vurğuladı: 

“Mən heç bir maneə görmürəm. Kifayət qədər güclü səhiyyəsi olan, əhalinin sağlamlığının qorunması üçün normal strkuturu olan ölkələrə bu yayılırsa, Azərbaycana niyə yayılmasın? Bu ehtimalı real görürəm.”

Qeyd edək ki,  “Zika virusu” ağcaqanad sancması ilə yoluxur. Türkiyədə bu ağcaqanadların iki növü aşkarlanıb. Birinci növün yaşayış arealı Şərqi Qaradəniz, Batumi, Gürcüstan, Krım yarımadasına kimi uzanan bölgədir. İkinci növ, Qərbi Trakya, İstanbul, Şərqi Qaradəniz, Giresunda aktivdir və Orta Anadoluda yayılacağı proqnozlaşdırılır.

Virus daşıyıcıları həmçinin cinsi yolla bunu başqalarına yoluxdura bilir. 

Bu virus tək başına ölümcül olmasa da, başqa xəstəliyi olanlarda həyati risq daşıyır.  “Zika” hamilə qadınlar üçün xüsusi təhlükəlidir.

Adaptasiya xüsusiyyəti olduğu üçün bu ağcaqanadlar qış aylarında da yaşayır.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-02-2018 22:14

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru