Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Yanvar

2018
15:35
`Rusiya təcavüzünə qarşı` Britaniya radar quraşdırır

Böyük Britaniya Anst adasında radiolokator quraşdıracaq. FaktXeber.com-un məlumatına görə, bu barədə RİA Novosti  Britaniyanın Müdafiə Nazirliyinə istinadla xəbər yayıb. Bildirilir ki, aparat Hərbi Hava Qüvvələrinə Norveç  dənizində məkana nəzarət etməyə imkan verəcək. Hərbçilər əmindirlər ki, Rusiya tərəfindən "aktivlik yüksələcəyi təqdirdə" radar Britaniyanın döyüş qabiliyyətini daha da möhkəmlədəcək.

Qurumun rəhbəri  Qevin  Vilyamson  bəyan edib ki, Rusiya Avropanın şərq sərhədləri ilə kifayətlənməyəcək, bu səbəbdən britaniyalılar üçün təhlükə real və kəskindir.

Radar 10 milyon funt sterlinq dəyərində qiymətləndirilir. İstismara verildikdən sonra  o, Böyük Britaniyada hava məkanının müdafiəsi ilə məşğul olan Milli Çevik Reaksiya Mərkəzi Sisteminə daxil olacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Britaniya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 18:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com