Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

26 Yanvar

2018
16:51
704
ABŞ-ın Suriyanı parçalamaq planı ifşa edildi

FaktXəbər-in verdiyi məlumata görə, "Əl-Məyadin" xəbər agentliyi Suriya böhranının həlli üçün Amerikanın hazırladığı sənədlər barədə yazıb ki, bu layihə Suriyanı birbaşa BMT-nin tabeçiliyinə verməkdən bəhs edir.

Suriyanın parçalanması və məntəqə hakimiyyətlərinin yaradılması

Sənədlərə görə, Suriya mərkəzləşmiş idarə sistemi olmadan məntəqə hakimiyyətlərinə parçalanmalıdır. Suriya prezidenti Bəşər Əsədin geri çəkilməsinə və keçid hökumətinin formalaşmasına toxulmasa da, daha təhlükəli məsələlərə işarə olunub.

ABŞ, Böyük Britaniya, Fransa, Səudiyyə Ərəbistanı və İordaniyanı da əhatə edən "Vaşinqton" qrupu iki həftə əvvəl ABŞ-da ilk görüşünü keçirib. İkinci görüş Parisdə baş tutub.

"Vaşinqton" qrupunun hazırladığı bu layihə BMT nümayəndələrinə təqdim olunub ki, Suriya danışıqlarının əsas müzakirə mövzusu olsun. Və bundan əlavə Suriya problemi ilə əlaqəli olan tərəflərə də göstərilib.

"Vaşinqton" qrupunun sənədi Suriya ilə bağlı beynəlxalq qətnamələri ləğv edir

"Vaşinqton" qrupunun hazırladığı layihə Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə, xüsusilə də 2254 saylı qətnaməyə ziddir. Sənəddə bildirilir ki,  Suriyada konstitusiyasına əsas qanunlarının qəbul edilməsi, birbaşa vətəndaşların iradəsindən aslıdır. 

Bu sənəddə həmçinin "Suriya konstitusiyasının Cenevrə danışıqlarında nəzərdən keçirilməsi" adı altında prezidentin, baş nazirin, regional rəhbərliklərin, məhkəmə orqanlarının, təhlükəsizlik orqanlarının səlahiyyətlərinin tam detalları ilə yeni bir konstitusiya üçün yol xəritəsi və parlamentin necə təşkil olunması qeyd olunub.

Bununla yanaşı, sənəddə prezident səlahiyyətlərinin azaldılmasına toxunan  maddələr var.

Sənəddə bildirilir ki, baş nazir və nazirlər, prezidentin razılığı olmadan təyin olunsun və prezidentin parlamenti buraxmaq haqqı ləğv olunsun.

Bu sənədin bir hissəsi seçki prosesi, səsvermə hüququ olan insanlar, nəzarət komitələrinin qurulması, şikayət komitələri və s. haqqında məqalələrdən ibarətdir.

Buna baxmayaraq layihədə olan 5-ci bəndə aşkar şəkildə Suriyanı regional dövlətlərə bölünməsi qeyd edilib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2018 13:11

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru