`Biz hələ bilmirik, alpinistlərin başına nə gəlib`

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Yanvar

2018
15:45
1653
`Biz hələ bilmirik, alpinistlərin başına nə gəlib`

Xəbər verdiyimiz kimi Quba rayonu ərazisində itkin düşmüş "Gilavar” hava və ekstrim idman klubunun alpinistləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadənin axtarışlarına Türkiyədən dəvət edilmiş mütəxəssislər də cəlb olunub.

Faktxeber.com məlumat verir ki,  “Gilavar” idman klubunun rəhbəri Ziya Qasımlı Modern.az-a bildirib ki, hələ axtarışlar nəticəsiz qalır:

“Hələ ki heç bir yeni məlumat yoxdur. Axtarışların hazırda hansı istiqamətdə davam etdiyi ilə bağlı yaxın günlərdə informasiya veriləcək. Biz hələ bilmirik, alpinistlərin başına nə gəlib, ya da hazırda hardadırlar. Allahın işidir. Yalnız ümid edirik ki, onlar sağ-salamat geri qayıdacaqlar”.

Qeyd edək ki, axtarış işləri əsasən Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və peşəkar alpinistlərdən ibarət könüllü dəstələr tərəfindən aparılır. 

Sonradan Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (xüsusi təyinatlı avadanlıqlarla təhciz edilmiş) də axtarışlara qoşulub.

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) aparılır.

Məqalədə : alpinistlər 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2018 08:47



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com