Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Yanvar

2018
15:39
1380
Britaniya fəallarından Səud şahzadəsinin gəlişinə etiraz

Böyük Britaniyanın hüququ müdafiə təşkilatları, aktivistlər Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin ölkəyə səfərinin ləğv olunmasını tələb ediblər.  FaktXeber.com-un Al -Jazeera-ya istinadla məlumatına görə, «Müharibəni dayandırın», «Silah Ticarətinə qarşı  Kampaniya» və «İnsan  hüquqları üzrə Ərəb təşkilatı» bu gün baş nazir Tereza Meyə yazıdqları açıq məktubu dərc ediblər. Sənəddə onlar Səudiyyənin vəliəhd şahzadəsini Yəmən müharibəsinə və sözügedən ölkədə  humanitar böhranda ittiham ediblər.

Kampaniyaya rəhbərlik edənlərdən biri olan  aktivist  Stiven Bell isə bildirib ki, Böyük Britaniya  Məhəmməd bin Salman üçün qırmızı xalı sərməməlidir.

«11 milyona yaxın  yəmənli uşaqlar  ya müharibədən, ya da ölkənin mühasirəsindən doğan vəbadan, aclıqdan və infrastrukturların  dağıdılmasından əziyyət çəkir», - deyə o bildirib.

«Bütün  bunlar o deməkdir ki, müharibənin davam etməsində məsul olan hər hansı bir şəxsin ölkəyə dəvət eləməyin yeri yoxdur», - deyə o, əlavə edib.

Xatırladaq ki, 2015-ci ilin mart ayından bəri  Yəmənə Səudiyyə Ərəbistanı başda olmaqla koalisiya qüvvələri hərbi təcavüzü nəticəsində ölkə dünyanın ən ağır humanitar böhranı ilə üz-üzə qalıb. Ölkədə 8 milyondan artıq insan aclıqdan əziyyət çəkir, bir milyondan artıq insan isə vəbaya yoluxub.

Britaniyanın silah kompaniyaları Səudiyyə Ərəbistanının ən böyük silah təchizatçılarından biridir. 

Məqalədə : Yəmən Səud ailəsi Britaniya 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2018 15:58



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com