Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Yanvar

2018
14:36
Çingiz Abdullayev səfir GÖNDƏRİLİR

Azərbaycan Yazıçılar Birliyinin katibi, məşhur dedektiv yazıçısı, “Neftçi” Futbol Klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayevin yaxın aylarda Baltikyanı ölkələrdən birinə səfir göndəriləcəyi gözlənilir.

Bu barədə məlumatlı mənbədən bildirilib.

Çingiz Abdullayev hələ illər öncə ölkəmizi xaricdə təmsil etmək istəyində olduğunu bildirib. O zaman ailəsi İngiltərədə yaşadığı üçün həmin ölkəyə üstünlük verib. Lakin istəyi baş tutmayıb. Əldə etdiyimiz məlumata görə, Çingiz Abdullayevə səfir işləmək üçün Baltikyanı ölkələrdən birini seçmək şansı verilib və yazıçı bununla razılaşıb.

Yaxın vaxtlarda məsələnin gerçəkləşəcəyi gözlənilir.

Əldə etdiyimiz məlumatda o da bildirilir ki, bu məsələni sürətləndirən bir neçə səbəb var. Bunlardan biri Çingiz Abdullayevin “Neftçi” Futbol Klubuna gələndən sonra komandada heç bir irəliləyişin əldə edilməməsi, əksinə, geriləmənin baş verməsi və narazılıqların mövcud olmasıdır.

Yazıçı səfir təyin edildiyi halda həm Azərbaycan Yazıçılar Birliyindəki, həm də “Neftçi” Futbol Klubundakı vəzifəsindən getməli olacaq.

Məsələ ilə bağlı Çingiz Abdullayevin fikirlərini almaq istəsək də, yazıçı ilə bağlantı qurmaq mümkün olmadı.

Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.

Müxtəlif vəzifələrdə çalışdıqdan sonra 1989-cu ildə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə gətirlib. Beynəlxalq cinayət problemi barədə barədə dissertasiya müdafiə edərək, əvvəlcə hüquq elmləri namizədi, daha sonra doktoru alimlik dərəcəsi alıb.

Yazıçı əsasən rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır.

Əsərlər ibir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb. 200-dək  adda kitabın müəllifidir. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən məhsuldar müasir yazıçılardan biri kimi tanıtdırıb. 

Çingiz Abdullayev 2009-cu ildə Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.(modern.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : səfir Çingiz Abdullayev 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2018 13:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com