Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

26 Yanvar

2018
12:41
409
Ərəb şeyxləri `Tu-160` bombardmançısına `elçi düşüb`

Rusiya istehsalı olan və səsdən sürətli "Tu-160" strateji bombardmançı təyyarəsi ərəb şeyxlərinə satıla bilər. FaktXəbər-in "Kommersant" qəzetinə istinadən verdiyi məlumata görə, bombardmançı təyyarələrin biznes-jet kimi istədə ediləcəyi gözlənilir.

Nəşrin yazdığına əsasən, "Tu-160" bombardmançıları hələ 2015-ci ildə Kazandakı zavodda yenidən buraxılmaq barədə qərardan sonra əcnəbilərin diqqətini cəlb edib. "Rosoboroneksport" şirkətinə təyyarələrin satışı ilə bağlı ərəb şeyxləri və Avstraliyadan olan milyonçu sifariş göndərib.
 
Qeyd edək ki, "Tupolev - Tu-160" səsdən sürətli və dəyişkən həndəsi quruluşa malik, Sovet İttifaqında istehsal edilən ən müasir strateji ağır bombardmançı təyyarə sayılır. Quruluş olaraq Amerikan istehsalı "B-1 Lancer"ə oxşamaqla yanaşı ondan daha böyük, daha artıq daşıma tutumlu və sürətlidir. İstehsal edilmiş ən böyük döyüş təyyarəsidir. Tu-160 pilotları təyyarələrini manevr qabiliyyəti və əks etdirməyən ağ boyası görə "Ağ Qu quşu" adlandırırlar. Rusiya 2016-cı ildən "Tu-160" istehsalına yenidən başlayıb.

Məqalədə : Tu-160 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2018 01:33

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru