Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

26 Yanvar

2018
11:18
350
Bakı şəhərinin məktəblərində təhlükəsizlik hansı səviyyədədir? - EKSKLÜZİV

Son zamanlar Rusiyanın orta məktəblərində silahlı hücumlar qeydə alınıb ki, bu də onlarla şagirdin xəsarəti ilə nəticələnib. Bundan əlavə, ABŞ-da tez-tez orta məktəblərə silahlı hücumlar edilir, girovlar götürülür, yaralananlar olur.

Bakı şəhərindəki məktəblərin təhlükəsizlik məsələsinin hansı səviyyədə olduğunu müəyyənləşdirmək üçün Bakı şəhər üzrə Təhsil İdarəsini müraciət etdik.

İdarə FaktXəbər-in sorğusuna cavab olaraq bildirdi ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bir sıra təhsil müəssisəsində təhlükəsizliyin təmin olunması məqsədilə mühafizə xidmətinin təşkili DİN-in Mühafizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilir: "Eyni zamanda, mühafizə xidmətinə ehtiyac duyulan digər təhsil müəssisələrində də BŞTİ tərəfindən monitorinqlər keçirilir və müvafiq tədbirlər görülür.

Bəzi məktəblərdə şagirdlərin və müəllimlərin təhlükəsizliyini təmin etmək üçün valideynlərin təşəbbüsü və razılığına əsasən, özəl mühafizə xidməti fəaliyyət göstərir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrinin təhlükəsizliyini təmin etmək məqsədilə əksər məktəblərə müşahidə kameraları quraşdırılıb. Təhlükəsizlik kameraları əsasən məktəblərin ərazisini və dəhlizləri müşahidə etmək məqsədlərinə xidmət edir.

Yanğın zamanı təhlükəsizliyin təmin olunması üçün təhsil müəssisələri vaxtaşırı yanğından mühafizə balonları və digər avadanlıqlarla təmin olunur. Həmçinin, yanğın və digər fövqəladə hallar zamanı təhlükəsizlik qaydalarına əməl olunması məqsədilə FHN-in əməkdaşları tərəfindən təhsil müəssisələrində mütəmadi olaraq treninqlər və müvafiq maarifləndirmə tədbirləri həyata keçirilir."

Məqalədə : təhsil mühafizə xidməti 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2018 13:01

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru