Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Yanvar

2018
16:23
Azərbaycandan imtina edən futbolçu erməni klubunda - FOTO

Azərbaycanın U-21 millisində oynamaq üçün dəvət göndərilmiş daha bir futbolçunun adı məlum olub. Bu, dağıstanlı Samur Ağaməhəmmədovdur.

FaktXəbər-in verdiyi məlumata görə, o, 21 yaşadək millimizdə oynamaq üçün AFFA-dan təklif aldığını bildirib. Lakin bundan imtina edən rusiyalı qapıçı Ermənistanın I divizionunda çıxış edən “Artsax”a keçib.

“Mən Azərbaycanın U-21 komandasından təklif almışdım. Ancaq menecerim Oganes Goharana inandım və “Artsax” klubuna keçməyə qərar verdim. Təəssüratlar çox yaxşıdır. “Artsax” iddialı klubdur və biz çempionluq uğrunda mübarizə aparacağıq”, - deyə Samur Ağaməhəmmədov bildirib.

Qeyd edək ki, "Artsax" klubu ötən il Yerevanda Çexiya vətəndaşlığı olan Qarabağ ermənisi Sevan Aslanyan tərəfindən yaradılıb. 19 yaşlı Samur Ağaməhəmmədov, Maxaçqalanın "Anji" klubunun yetirməsidir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Samur Ağaməhəmmədov 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 15:46



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com