Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

25 Yanvar

2018
16:07
491
`Həm amnistiya, həm əfv sərəncamı istəyirik`
Hüquqmüdafiəçiləri gözlənilən əfvlə bağlı FaktXəbər-ə açıqlama verdilər

Novruz bayramının gəlişi ilə bağlı əfv məsələsi gündəmdədir. Çoxları bu sərəncamı səbirsizliklə gözləyir. Bəs görəsən, mart ayında əfv olacaqmı? FaktXeber.com məsələ ilə əlaqədar Əfv Məsələləri Komissiyasının üzvü  Əliməmməd Nuriyev və hüquqmüdafiəçi Mirvari Qəhrəmanlıdan münasibət öyrənib.

Komissiya üzvü ötən ilin Novruz bayramı ərəfəsində Azərbaycan prezidenti tərəfindən əfv sərəncamı imzalandığını xatırlatdı: «Hansıki, bu vaxta qədər olan sərəncamlardan ən böyüyü idi: 423 nəfər cəzadan azad edilmiş, yaxud cəzası azaldılmışdı. Və istinsna olunmur ki, bu il də mart ayında əfv olsun».

Əliməmməd Nuriyev bununla belə sərəncamın prezidentin Konstitusyon səlahiyyətlərinə aid olan hüquq olduğunu vurğuladı: «Sərəncam barədə son qərar onundur. Ona görə əvvəlcədən bir başa desək ki, bu olacaq, düzgün deyil».

Hüquqmüdafiəçi Əfv komissiyasının Katibliyinin və Əfv Sektoru hər gün işlədiyini vurğuladı: «Hər gün ora məhkümların ailələri, vəkilləri, özləri, QHT-lər, millət vəkilləri, Beynəlxalq QHT-lər təşkilatları tərəfindən və sair müxtəlif qurumlardan müraciətlər daxil olur. Həmçinin Əfv komissiyasının üzvləri kimi bizlərə müraciət olur və biz onu Əfv Komissiyasının katibliyinə yönəldirik. Onlar da hər bir daxil olan müraciətlə bağlı müvafiq prosedurlar həyata keçirməklə arayış hazırlayır və komissiya sədrinə təqdim olunur, o da müvafiq vaxtda iclasları çağırır. Hazırda Novruz bayramına  hələ xeyli vaxt var. Ona görə bu günlərdə komissiya iclası olmayıb».

Mirvari Qəhrəmanlı isə, ölkədə ancaq siyasi məhbusların əfv oluna biləcəyi düşüncəsinin yanlış olduğunu bildirdi: «Ölkədə bir siyasi məhbus varsa, deməli dövlətdə insan hüquqları pozulur. Ölkədə siyasi məhbus olmamalıdır. Bu birmənalıdır. Bəzən elə hallar olur ki, günahsız insanlar, qadınlar həbsə düşürlər. Əfv həmişə təqdirəlayiqdir».

Hüquqmüdafiəçi hazırda bununla bağlı işlər getdiyini dedi: «Çox istərdik ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Novruz bayramında həm geniş miqyaslı əfv olsun, həm də qızıl amnistiya. Hazırda bu yöndə daxili müzakirələr aparır, mexanizmlər fikirləşirik. Ən böyük arzumuz budur ki, beynəlxalq aləmə siyasi məhbus siyahıları ilə çıxılmasın. Ən ağırı budur».

Mirvari xanım Əfv Komissiyasının işi ilə bağlı qınağını da dilə gətirdi: «Əfv Komissiyasında olan insanların daha aktiv olmasını, ictimaiyyətə daha açıq olmasını istərdik. Onlar cavab verməlidir ki, hansı işlər görülür, proseslər gedir. Düşünmürlər ki, insanlar bu barədə nəsə gözləyirlər. Dünən bir valideyn zəng eliyib ağlayır ki, oğlum üçün Əfv komissiyasına yazmışam, amma cavab vermirlər. Heç olmasa o ailələrə cavab vermək lazımdır.  Komissiya elə bir qapalı quruma çevrilib ki, elə bil ki, hərbi bazadır».

Hüquqmüdafiəçi vurğuladı ki, iradları siyahıların təsdiqi ilə deyil, ancaq qurumun ictimaiyyətə açıqlığı ilə bağlıdır: «Düşünürəm ki, komissiyanın tərkibinə yenidən baxılmalı, qurum aktivləşməlidir».

Hüquqmüdafiəçi bildirdi ki, aktivlik təkcə vətəndaş cəmiyyəti tərəfindən deyil, həmçinin həbs olunan siyasi məhbusların vəkilləri, ailələri tərəfindən olmalıdır, onlar ictimaiyyətə açıqlama verməli, müvafiq dövlət qurumları ilə işləməlidir: «Ailənin imkanı olmasa da, vəkil hamı ilə ihşləyə bilər. Hüquqmüdafiəçiləri bacardıqlarını edirlər, amma onlara dəstək lazımdır».

Mirvari Qəhrəmanlı sonda həm əfvə, həm də amnistiyaya ümidvar olduğunu bildirdi.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2018 13:02

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru