Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Yanvar

2018
12:38
Səhiyyə İdarəsi XƏBƏRDARLIQ ETDİ
Bakıda rast gəlinən xəstəlik kəskin respirator virus xəstəliyidir

"Bakı əhalisi arasında rast gəlinən xəstəlik kəskin respirator virus xəstəliyidir".

FaktXəbər-in məlumatına görə, bunu Bakı Şəhər Baş Səhiyyə İdarəsinin baş terapevti Rəhilə Əliyeva deyib.

O bildirib ki, xəstəliyin ağırlaşmaması üçün zökəm əlamətləri hiss edən şəxslər dərhal həkimə müraciət etməlidirlər: "Xəstəliklərlə bağlı müraciətlər daha çox  sentyabr-may ayları ərzində daxil olur. Daha çox tənəffüs, ürək-damar sistemi, mədə-bağırsaq, sümük-oynaq xəstəlikləri ilə bağlı müraciətlər edilir".

Baş terapevt qeyd edib ki , Klinik Tibbi Mərkəzin iki terapevtik şöbəsinə ötən ilin sentyabr-dekabr aylarında 378 müraciət daxil olub, müraciətlərin sırasında ilk yeri ürək-damar sistemi xəstəlikləri tutub.(APA)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Virus 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 22:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com