Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Yanvar

2018
11:55
1014
Şaxtalı havada çimməyin xeyri varmı - Ekspert rəyi

Qış fəsli girəndən dünyanın bir çox ölkəsində insanların şaxtalı havada buzlu dənizə girdiklərinin şahidi oluruq. Bu haqda tez-tez sosial şəbəkələrdə də video görüntülərlə rastlaşırıq. Maraqlıdır ki, onların arasında dünya ölkələrinin liderləri, sənətçilər, məşhurlar da var.

Məsələn, bu günlərdə Rusiya prezidenti Vladimir Putin Seligerdə Nilo-Slobenskaya kişi monastırını ziyarət edən zaman  - 7 dərəcə şaxtada suya girib çimmişdi. Bunun ardınca isə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili xaç suyuna salma mərasimində Dneprin buz kimi sularına baş vurdu.

Bu günlərdə soyuq havada dənizə girənlər arasında prezident İlham Əliyevin bacısı oğlu Giraf Əliyev də var.

O, Fransanın ucqar bir yerində dənizə girmişdi. Sosial şəbəkədə bu haqda fotolar paylaşan G.Əliyev soyuq havada çimməyi məsləhət görmüşdü: “Qış fəsli olması o demək deyil ki, dənizdə çimməyəsən”.

Şaxtalı havada dənizə girən xanımlar da az deyil. Türkiyənin tanınmış aktrisası Betül Şahin bu siyahıdadır. Ötən il Bodrumda qastrol səfərində olan aktrisa son dərəcə şaxtanın olmasına baxmayaraq çimərlik geyimində dənizə girərək hər kəsi təəccübləndirmişdi. 42 yaşlı aktrisa uzun müddət dənizdə çimmişdi.

Ekspertlər isə deyir ki, soyuq havada dənizə girmək, soyuq suda çimmək üçün insan fiziki baxımından çox dözümlü olmalıdır. Həmçinin insanların ürək, ciyər xəstəlikləri olmamalıdır. Çünki suyun soyuq olması insan orqanizminə fərqli reaksiyalara səbəb ola bilər. Hətta bəzi insanlar suya girməmiş dünyasını dəyişir. Çünki suya girib, onun soyuqluğunu bədənində hiss etmədən qorxu impulsu ürəyə ötürülür. Bir çox hallarda bu, insult, infarkt keçirmiş insanlar üçün ciddi fəsadlar törədir. Məsləhət görülür ki, soyuq suya girərkən  öncədən bədən su ilə isladılmalı və suya girmədən yavaş və özündən arxayın bir şəkildə hoppanmaq lazımdır.

Bəs şaxtalı havada dənizə girmək insan orqanizmi üçün nə qədər xeyirli və yaxud zərərlidir?

Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a  bildirdi ki, şaxtalı havada soyuq suya girmək hər kəsə tövsiyə edilmir: “İnsan kifayət” qədər buna hazırlıqlı olmalıdır ki, soyuqlamasın. Xüsusən idmanla məşğul olan insanlar soyuq dənizə girə bilər. Yəni hər kəs üçün məsləhət edilmir. Lakin bu, insanların öz seçimidir. Dənizə girib çıxdıqdan sonra özünü soyuğa vermək olmaz. Mütləq qurulanmaq, geyinmək lazımdır ki, soyuğun orqanizm üçün təhlükə riski artmasın".

Professor şaxtalı havada dənizə girməyin xeyirli tərəflərindən də söz açdı: “Bu, dəri damarlarının genəlib-açılması üçün məşqdir. Bildiyiniz kimi, bir çox idmançılar duş qəbul edərkən isti-soyuq sudan istifadə edir, bu da dəri üçün xeyirlidir. Uzun müddət üzü isti su ilə yumaq üzü qırışdırır. Bunun üçün də məsləhət görülür ki, üz daha çox soyuq su ilə yuyulsun”.

Məqalədə : soyuq su buzlu su 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2018 02:17

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru