Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Yanvar

2018
10:00
Azərbaycanlıların da olduğu balıqçı gəmisi Rusiyada itkin düşüb

Rusiyanın Primorsk diyarında göyərtəsində 21 nəfər olan balıqçı gəmisi qəza siqnalı verdikdən sonra yoxa çıxıb. FaktXeber.com-un məlumatına görə, bu barədə RF  FHN-i xəbər verib.

Bildirilir ki, «Vostok» gəmisinin axtarışının aparıldığı ərazidə  2 xilasetmə jileti, buy, buxta və gəmiyə aid məişət tullantıları tapılıb.

Balıqçı gəmisi  Cənubi Koreyadan Holmsk limanına gedirdi.

Axtarış ərazisində qasırğalı hava şəraiti var: görüntü dəyişkəndir, havanın  temperaturu -16 dərəcən də aşağı, suyun temperaturu +1 dərəcə, dalğanın hündürlüyü isə 3,5 metrə çatır.

Son məlumatlara görə, itkin düşənlər arasında əcnəbilər, o cümlədən 2 azərbaycanlı olub: «Heyətin üzvləri arasında Saxalindən, Primorskdan, Çelyabinskdən, Krasnoyardan, Orenburqdan, Zaparojyadan, Moldaviyadan, Azərbaycandan və Sverdlovskdan adamlar olub».

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : gəmi qəza 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 23:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com