Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Yanvar

2018
16:38
1337
Piylənmə yoluxucu imiş

Cənubi Kaliforniya  Universitetinin  həkimləri müəyyən ediblər ki, piylənmə  infeksion  xəstəliyin əlamətlərini özündə daşıyır. Belə ki, artıq çəkisi olan insanla çox ünsiyyətdə olan  şəxsin böyük ehtimalla özünün də çəkisi artacaq. FaktXeber.com-un məlumatına görə, məqalə JAMA Pediatrics jurnalında dərc olunub.

Statistik analiz üçün mütəxəssislər qidalanmanın  və ətraf mühitin yeniyetmənin səhhətinə təsirinə həsr olunan M-TEENS layihəsi  çərçivəsində əldə etdikləri məlumatları istifadə ediblər.

Araşdırmaçılar ABŞ hərbi  bazasında xidmət edən  validyenləri (1300 nəfər) ilə birlikdə yaşayan 1111 uşağın  səhhətinə sosial  ətrafın təsirini öyrəniblər.

Məlum olub ki, uşaqlarda piylənmənin səviyyəsi məntəqədən məntəqəyə dəişib. Belə ki Kolorado ştatının  El Paso  şəhərində artıq çəkili yeniyetmə 21, Luiziana ştatının Vernone şəhərində isə 38 faizdir. Ümumilikdə  çəkinin kütlə indeksinin göstəriciləri uşaqların ¼-nin, böyüklərin isə  ¾-nün piylənməyə uyğun gəlib.

Yaş, gəlir  və hətta hərbi ada baxmayaraq müəyyən olunub ki, böyüklər hərbi qulluqçular arasında daha çox piylənmənin qeydə alınqdığı bazada işləyirdilərsə, əksər ailə üzvlərinin də artıq çəkisi var.

Ehtimal olunan izahlardan biri budur ki, bazanın yaxınlığında çoxlu restoran, fast fud msüəssisələri yerləşir. Lakin alimlər əmindirlər ki, əsas faktor insanlar arasında zərərli vərdişlərin yayılmasına təsir göstərən qarşılıqlı münasibətlərdir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2018 02:34

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru