`Rusiya ilə hərbi-texniki sahədə danışıqlar aparılır`

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Yanvar

2018
16:30
1798
`Rusiya ilə hərbi-texniki sahədə danışıqlar aparılır`

“Rusiya ilə hərbi-texniki əməkdaşlığa dair yeni sazişlər üzrə danışıqlar aparırıq. Bu istiqamətdə heç bir məhdudiyyət görmürük. Bu, daim diqqət mərkəzimizdə olan prosesdir. Hazırda danışıqlar davam edir. Siz daha yaxşı bilirsiniz ki, Rusiyanın hərbi sənayesi inkişaf edir, yeni müasir silahlar yaranır.

FaktXeber.com-un məlumatına əsasən, bunu “RİA Novosti”yə müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev bildirib.

Dövlət başçısı həmçinin, qeyd edib ki, Azərbaycanın Rusiya ilə imzaladığı sazişlərin əksəriyyəti icra olunub. Artıq silahların alındığını deyən İ. Əliyev əməkdaşlıq üzrə gələcək planlar üzərində işin davam etdiriləcəyini bildirib.

Maraqlıdır, Azərbaycan Rusiyadan hansı yeni silahlar alacaq?

Bu barədə hərbi ekspert Azad İsazadə Modern.az-a açıqlama verib:

“Hansı yeni silahların alınacağını  əvvəlcədən demək bir az çətindir. Aydındır ki, Rusiyadan ballistik raket, nüvə silahı ya da sualtı qayıqları alası deyilik. Söhbət zirehli texnikadan, hansısa raket artilleriya quruğularından, hərbi aviasiyadan gedir. Bildiyiniz kimi hazırda da Azərbaycan ilə Rusiya Federasiyası arasında hökumətlərarası razılaşmaya əsasən Rusiya istehsalı olan müasir döyüş texnikası, silah-sursat və hərbi avadanlıqların Azərbaycana tədarükü plana uyğun davam edir. Bu yaxınlarda da yeni hərbi texnikanın növbəti partiyası ölkəmizə gətirilib”.

Ekspert həmçinin qeyd edib ki, Rusiya ilə əməkdaşlıq fərqli istiqamətdə də ola bilər:

“Digər tərəfdən  müəyyən texnologiyaların əldə edilməsini də istisna etmirəm. Azərbaycan hərbi zavodlar qurur, özümüz özümüzü hansısa silahlarla təmin etmək istəyirik. Bu baxımdan texnologiya  istiqamətində, o cümlədən kəşfiyyat məlumatında da  Rusiya ilə əməkdaşlıq davam edəcək. Lakin  təkcə Rusiya ilə deyil, həmçinin Pakistan, İsrail, Türkiyə kimi ölkələrlə geniş hərbi əməkdaşlıq  olub və olacaq”.

Məqalədə : hərbi texniki 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2018 01:24



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com