Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

23 Yanvar

2018
15:22
556
Siyasilər sosial şəbəkələrdə bir-birini niyə söyürlər?

Azərbaycanda siyasi partiya nümayəndələri sosial şəbəkələrdə bir-birlərinə qarşı kampaniya aparır, müzakirə, diskusiya zamanı isə bəzən bir-birlərini təhqir belə edirlər. Bunun səbəbi nədir? Siyasi səhnə qapalı olduğundan insanlar sosial şəbəkə üzərindən bir-birlərinə qarşı aqressivdirlər, yoxsa doğurdan da onların göstəriciləri bu qədərdir? 

FaktXeber.com məsədə ilə əlaqədar AĞ Partiyanın sədri Tural Abbaslı və tanınmış jurnalist Şahvələd Çobanoğludan münasibət öyrənib.

Tural Abbaslının sözlərinə görə, sözügedən məsələdə bütün faktorların xüsusi yeri var:

“Siyasi debatlar, diskusiyalar ciddi mətbuat orqanlarında və ya televizziya ekranlarında olmalıdır. Çünki dövlətin, millətin, insanların taleyini həll edən məsələlərdir. Belə ciddi məsələlərin hər kəsin birbaşa daxil olma imkanı olan sosial şəbəkələrdə aparması həmin müzakirələrə qeyri-ciddi obraz qatıb, görünüş verir. Bu da təbii ki, xoşagəlməz haldar. Amma azad mətbuat orqanları sıxışdırılıb, KİV-lər bərabərhüquqlu, obyektiv, bitərəf siyasi debatlara qapalıdır. Ona görə, siyasilər də, partiyalar da məcburdur sosial şəbəkələr üzərindən təbliğatlarını aparsınlar.”

Politoloqun sözlərinə görə sosial şəbəkələrin yaratdığı bu müsbətlərlə yanaşı, mənfiliklər də var ki, bu da hər kəsə özünü istədiyi formada istifadə etmək imkanı verilməsindədir:

“Təəssüf ki, Azərbaycanda insanlar arasında çatışmazlıq kompleksi də geniş yayılıb və sosial şəbəkələrdə hətta zamanında bu dövləti idarə eləmiş insanlardan tutmuş, bu gün dövlət  rəhbərliyində təmsil olunanlara, elm adamlarına, düşünürlərə qədər hər kəs orda fikir bildirəndə, o insanlar hardasa özlərini təsdiq eləmək üçün girib şərh bölməsində qeyri-etik, qeyri-sağlam  fikirlər bildirirlər. Təbii ki, xoşa gəlməz hal alınır.”

Partiya rəhbəri çıxış yollarıdan biri kimi nəzarət sisteminin qurulmasını göstərdi:

“Əlbəttə, biz hamıya nəzarət edə bilmərik. Amma siyasi partiyalar, təşkilatlar qurum rəhbərlərinə, funksionerlərinə, üzvlərinə nəzarət etməli, bu məsələdə xüsusi tapşırıqlar verməlidir. Çünki partiya üzvü olmaq öz ühüquqlarının bir hissəsini partiyaya həvalə eləməkdir. Yəni o insan düşünməlidir ki, mən burda öz adımdan yox, həmçinin təmsil elədiyim partiyanın adından danışıram, insanlar məni elə görəcək, elə qəbul edəcək. Bu məsuliyyət dərk edilməlidir.”

Tural Abbaslı bildirdi ki, ən optimal çıxış yolu mətbuatın azad olması,  televiziya orqanları, KİV-lərin siyasilər üçün açıq olması, siyasi debatların sosial şəbəkələrdən ora keçid eləmələri və orda daha səviyyəli, daha konstruktiv diskusiyalar aparılmasıdır.

Siyasətçi şəxsi göstəricilərin də önəmini vurğuladı: “Bununla belə, sosial şəbəkələrdə məişət səviyyəsində təhqiramiz ifadələr işlədən hansısa partiyanın funksionerini efirə buraxsan bunu etməyəcək, sözlərində korrektələr edəcək.”

Partiya rəhbərinin sözlərinə görə, sosial şəbəkələr belə siyasilərə həm də stimul verir ki, özlərinə nəzarət etməsinlər: “Təsəvvür edin, istifadəçilər hər hansı bir siyasi proseslərə də  münasibət bildirir, eyni zamanda bir süfrə arxasında dostları ilə çəkdiyi şəkli paylaşır, məişətlərini də yayımlayırlar. Təbiidir ki, bu iki şeyin eyni platformadan yayımlanması belə bir qeyri-normal şərait yaradır.”

“Əlbəttə, hər bir insanın şəxsi tərbiyəsi, əxlaqı düşüncə forması ön plandadır. Ancaq stimul verən provokasiya edən nüanslar da var”, - deyə Tural Abbaslı sözlərini yekunlaşdırıb.

Tanınmış jurnalist Şahvələd Çobanoğlu isə nəyin təhqir, nəyin böhtan  olmasına konkret hallarda baxmaq lazım olduğunu bildirdi:

“Ümumilikdə bu problemin kökündə Azərbaycan hakimiyyətinin azad mətbuatı boğması, televiziyaların tamam qapadılması, debatların mümkün olmaması, müzakirə mühitinin tamam aradan çıxarılması, azad seçkinin olmamasıdır.”

Onun sözlərinə görə, partiyaları günahlandırmaqdansa, vəziyyətin gerçək səbəblərinə baxmaq lazımdır: 

“Sosial şəbəkələrdə baş verənləri şişirdən hökumətin marağında olan adamlardır. Müzkirələr bəzən emosianal həddə çata, çərçivələri keçə bilər. Amma əsasən burda kinli, məkrli nə varsa, orda hökumətin apardığı işin nəticəsini görmək lazımdır. Normal siyasi məkan, mühit dağıdılıb, biz isə ancaq bunları görürük. Azərbaycanda baş verən prooseslərin yanında bunlar çox xırda məsələlərdir. Lap iki siyasi fəal bir-birlərinə ağır sözlər desə belə, ölkənin davasını aparırlar. Məkrli niyyət yoxdursa, deməli fərqli baxışlar var, buna bir az normal da baxmaq olar. Hətta bunlar bizə ağır görünsə belə, ölkənin vəziyyətinə, insanların yaşayışına baxanda bu, heç nədir, nəlbəkidə fırtına qoparmaqdır.”

Ş.Çobanoğlunun sözlərinə görə, dünyanın hər yerində dartışma var, burda isə dartışmanı balaca bir yerdə saxlayıblar, həqiqəti xalqdan gizlədirlər: 

“Əslində televizayaların gündəmində belə məsələlər olmalıdır, ancaq baxanda orda ailə münaqişələri, fərdi talelərin dartışmalarının getdiyini görərik. Nə vaxtacan televiziyalarda qaynana-gəlin problemləri müzakirə olunacaq? Guya dünyanın bütün problemlərini ya qaynanalar, ya gəlinlər, ya pis övladlar yaradırlar. Elə deyil axı. Bu, dünyanın hər yerində var. Digər tərəfdən, hətta televiziyada göstərilən ailə-məişət zəminində dartışmaların səbəbi üzərindən ciddi şəkildə keçilsə də, çoxu ölkədəki sosial problemlərlə, hüquqmühafizə orqanlarının düzgün işləməməsilə, hökumətin düzgün siyasətinin olmamasıyla bağlıdır. Amma ayrıca bir talesizlik məsəsi varsa, bu ictimai məsələ deyil axı. Niyə o verilişlərin yanında siyasi müzakirələr, debatlar yoxdur? Onda televiziya maraqlı olardı. Onda deyə bilərdik ki, insanlar özlərini necə aparırlar, gerçəklik nədər ibarətdir.”

“Təəssüf ki, biz özümüz də çox vaxt bu məsələlərə qapanır, gerçək səbəblərdən uzaqlaşırıq. Mən deyərdim ki, məqsəd budur ki, bizi bu məsələlərə, problemi orda axtarmağa yönəltsinlər, problem isə ölkənin durumundadır”,  - deyə jurnalist bildirib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2018 12:46

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru