Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

23 Yanvar

2018
13:33
604
Ali Məhkəmə Sərdar Hacıhəsənlinin kassasiya şikayətinə baxacaq

Azərbaycan Ali Məhkəməsi yanvarın 30-da saat 11-də hakim Gülzar Rzayevanın sədrliyi ilahiyyatçı Sərdar Babayevin barəsində olan cinayət işi üzrə kassasiya şikayətinə baxacaq. Bu barədə vəkil Cavad Cavadov Amerikanın Səsinə bildirib.

Vəkil 17 saylı Cəzaçəkmə Müəssisəsində Sərdar Babayevlə görüşüb.

“Görüşümüz zamanı Sərdar Babayevlə məhkəmədə edəcəyi çıxışın detallarını müzakirə etdik. Babayev məhkəmədə iştirak etmək üçün təkrarən müraciət edib. Ümid edirik ki, Ali Məhkəmə ilahiyyatçının həbsdən azad edilməsi mbarədə qərar qəbul edəcək”, vəkil qeyd edib.

S.Babayev 2017-ci il fevralın 22-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 168.1 (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham edilib. İyulun 3-də Masallı Rayon Məhkəməsi hakim Anar Alməmmədovun sədrliyi ilə ilahiyyatçını 3 il azadlıqdan məhrum edib.

Həmin hökmdən verilmiş şikayəti Şirvan Apellyasiya Məhkəməsi təmin etməyib.

İstintaq prosesi davam etdiyi vaxt yerli rəsmilər bildiriblər ki, S.Babayev xaricdə dini təhsil alıb, Azərbaycanın mövcud qanunları isə onun dini mərasim idarə etməsinə imkan vermir.

Müdafiə tərəfi bildirib ki, S.Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb. Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxslər də xaricidə dini təhsil alıb. Üstəlik, həmin məhdudlaşdırıcı maddə bu ilin mayında yumşaldılıb. Artıq xaricidə dini təhsil alanlar da Qafqaz Müsəlmanlar İdarəsinin razılığından sonra ölkədə dini mərasimlər apara bilər.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-02-2018 06:35

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru