Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Yanvar

2018
10:37
Klub rəhbəri: `Alpinistlərin axtarışları hələ nəticə verməyib`

"İtkin düşən alpinistlərin yerini müəyyən etmək üçün axtarışlar Mahmuddərə ərazisində davam edir".

Bunu açıqlamasında "Gilavar" Hava-Ekstremal İdman Klubunun rəhbəri Ziya Qasımov deyib.

O bildirib ki, indiyə qədər alpinistlərlə bağlı heç bir izə rast gəlinməyib: "Hələ ki, axtarışlar nəticə verməyib".

Klub direktoru xatırladıb ki, alpinistlərin axtarışı ilə Fövqəladə Hallah Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, federasiyanın könüllüləri məşğul olur.

Qeyd edək ki, keçən ilin dekabrın 23-də “Şahdağ” Milli Parkı ərazisində yerləşən “Tufandağ” zirvəsi istiqamətində yürüşə çıxmış “Gilavar” hava və ekstrim idman klubunun 3 üzvü (Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə) geri qayıtmayıb və onlarla əlaqə kəsilib. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Alpinistlər 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 13:28



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com