Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

23 Yanvar

2018
09:28
969
Nazirlər Kabinetinin yeni qərarı hansı məhsulları bahalaşdıra bilər?
İqtisadçı alim Qubad İbadoğlu qüvvəyə minən qərarı şərh edib

"Ötən ilin son günləri Azərbaycan Respublikası baş nazirinin iş günləri çox məhsuldar olub. Artur Rasi-zadə yalnız dekabrın 21-də Nazirlər Kabinetinin 18 qərarını imzalayıb. Onlardan biri də “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişiklik edilməsi barədə 574 saylı qərardır."

FaktXəbər-in məlumatına görə, bu barədə iqtisadçı alim Qubad İbadoğlu bildirib.

Onun sözlərinə görə, qərar aksiz vergisinə cəlb edilən idxala mallarının aksiz dərəcələrinin dəyişdirilməsi və bu dəyişikliyin bu sahədə fəaliyyət göstərən sahibkarların işinə təsiri olduğuna görə 30 gündən sonra, yəni yanvarın 23-dən qüvvəyə minməsi barədədir: "Bu ona görə edilir ki, həmin müddət ərzində sahibkarlar fəaliyyətlərini yeni qərarın tələblərinə uyğunlaşdırsınlar. Qərarın istehlak bazarında qiymətlərin səviyyəsinə təsirini nəzərə alaraq deyə bilərəm ki, 21 yanvar 2017-cii il tarixli, 574 saylı qərarla edilən dəyişiklik yalnız idxal mallarına şamil olunur. Bu qərar ölkəyə xaricdən gətirilən yalnız 1 növ benzin markasına (tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, oktan ədədi 95-dən az olan) və tərkibində tütün olan siqaret və siqarların qiymətinin bahalaşmasına təsir edir. Bu qərarın digər növ benzin markalarına təsiri yoxdur. Belə ki, 92 markalı benzin idxal malı deyil, onun qiymətini yalnız Tarif Şurası artıra bilər. Super -95 və premium - 98 markalı benzin markaları idxal olunsa da, bu qərarla onlara tətbiq edilən aksiz dərəcələri qaldırılmayıb. Amma bu o demək deyil ki, həmin markalı benzinin qiyməti bahalaşmayacaq. Çünki, onların qiyməti neftin dünya bazar qiymətlərindən asılı olduğuna görə hər an bahalaşa bilər. 

Siqaretlərə və siqarlara gəlincə isə deyə bilərəm ki, qiymət artımı labüddür, lakin ilk növbədə xaricdən hazır məhsul kimi gətirilən siqaret və siqarlar, sonra isə bazarların qarşılıqlı təsiri ilə daxildə istehsal olunan tütün məmulatları bahalaşacaq."

Məqalədə : Qubad İbadoğlu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-02-2018 22:14

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru