Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Yanvar

2018
16:34
Kürdlər: Rusiya bizə xəyanət etdi

Suriyada PYD/PKK terror şəbəkəsinin baş komandanı Sipan Hemo Rusiyanı kürdlərə xəyanətdə suçlayıb. O bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi əməliyyatlar zamanı rəsmi Moskva kürdləri müdafiə etməyib.

FaktXəbər-in verdiyi məlumata görə, bu barədə YPG-nin rəsmi saytında həqiqətdən kənar olan bəzi iddialar səsləndirilib.
 
"Türkiyə dövləti dünyanın gözü qarşısında işğala başlayıb və kürdləri kütləvi şəkildə qətlə yetirir. Bütün dünya bu işğal və kütləvi qətlə görə məsuliyyət daşıyır. Rusiya hazırda Türkiyə dövlətinin müttəfiqidir və bizimlə müharibə həddində yerləşir. Bizim Rusiya ilə razılaşmalarımız olmuşdu, lakin qarşı tərəf buna etinasız yanaşdı və bizi satdı",-deyə Hemo əlavə edib.

Bu arada Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Afrin əməliyyatının sona çatacağı tarix barədə danışıb: "Əməliyyat hədəflərinə çatdıqdan sonra qurtaracaq. Amerika müddət bəlli olmalı, uzun olmamalıdır deyir. Müharibə riyazi bir hadisə deyil ki, belə bir sual verilsin. Nə vaxt iş qurtararsa, bizim orada qalmaq marağımız yoxdur".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : "Zeytun budağı" 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 23:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com