Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Yanvar

2018
11:28
1132
Suares azərbaycanlı rəssamın əsərini alıb - VİDEO

Ağ parça üzərində rəngli sapları elə gözəl formada toxuyur ki, sonda əsrarəngiz sənət əsəri ərsəyə gəlir.

Faktxeber.com xezerxeber.az-a istinadən bildirir ki, azərbaycanlı rəssamın hazırladığı əl işlərinə hətta dünyaca məşhur şəxslər də maraq göstərir.

Peşəkar rəssam olan Lalə Əsgərovanın qeyri-adi usulla hazırladığı rəsm əsərləri görən hər kəsin diqqətini çəkir.

Rəssamın sözlərinə görə, hazırda incəsənət gimnaziyasında müəllimə kimi çalışdığına görə bu işə çox vaxt ayıra bilmir. İndiyə kimi bu üsulla təxminən 50 şəkil hazırldağını, lakin maraq çox olduğu üçün iş bitən kimi əsərlərinin alındığını bildirir.

Lalə Əsəgərovanın sözlərinə görə, bir sıra millət vəkilləri, tanınmış iş adamları və dövlət xadimləri ilə yanaşı dünyaca məşhur ulduzlar da onun əl işlərinə maraq göstərir. Hətta məşhur futbolçu olan Suarez də Lalə xanımın iki əsərini alıb. Əsərlərin qiyməti ölçüsünə görə dəyişir. İndiyə kimi ən bahalısını 600 manata satdığını bildirir.

Lalə Əsgərovanın ən böyük arzusu davamçısının olmasıdır. Bu işin vaxt aparan və səbr tələb edən olduğuna görə heç kimin maraq göstərmədiyini bildirir.

Məqalədə : Suares 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2018 11:15

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status