Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Yanvar

2018
19:16
1592
Türkiyə ordusu Afrini bombalamağa başlayıb - VİDEO

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində Afrin bölgəsində PKK/KCK/PYD-YPG və İŞİD terrorçularını zərərsizləşdirmək üçün "Zeytun Budağı Herakatı"na başlayıb.

FaktXəbər-in məlumatına görə, Baş Qərargah əməliyyatın yerli vaxtla saat 17.00-dan etibarən başladığını bildirib.

Açıqlamada qeyd edilir ki, əməliyyat BMT konvensiyasının 51-ci maddəsində yer alan Özünümüdafiə Hüququ çərçivəsində, Suriyanın ərazi bütövlüyünə hörmətlə icra edilir:

"Hərəkatın planlaşdırma və icrasında yalnız terrorçular və onlara aid sığınacaq, silah, avadanlıq və materiallar hədəf götürülüb. Mülki vətəndaşların zərər görməməsi üçün hər cür diqqət və həssaslıq göstərilir".

Afrində terrorçulara aid hədəflər artilleriya atışları ilə bərabər, həm də döyüş təyyarələri ilə də vurulur. 

Məqalədə : Afrin 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2018 05:20

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru