Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Yanvar

2018
13:13
NASA qaradərili kosmonavtı işdən çıxardı

Amerika Aviasiya və Kosmos Agentliyi (NASA) iyunun əvvəlində Beynəlxalq Kosmos Stansiyasına (ISS) göndərilməsi nəzərdə tutulan 3 nəfərlik astronavt qrupundakı qaradərili qadın astronavtın Jeanette Eppsin vəzifədən azad olunduğunu açıqlayıb.

FaktXəbər-in məlumatına görə, NASA sözçüsü Brandi Dean məsələ ilə bağlı verdiyi açıqlamada Eppsin yerinə astronavt Serena Aunon-Chancellorun ISS qrupuna qoşulacağını bildirib.

Dean Eppsin niyə vəzifədən olunduğuna dair məlumat verməyib.

Missiya hazırlıq təhsili üçün Rusiyada olan Eppsin ABŞ-a qayıdacağı bildirilib.

NASA sözçüsü Brandi Dean qərarın Rusiya Kosmos Agentliyi tərəfindən deyil, NASA tərəfindən verildiyini vurğulayıb.

NASA 2011-ci ildən bu yana astronavt olaraq xidmət edən 47 yaşlı Epps vəzifədən azad olunmasaydı, ISS-də uzunmüddətli xidmət edən ilk qaradərili qadın astronavt olacaqdı.

Bundan əvvəl ISS-də qaradərili astronavtlar olub, ancaq heç biri uzunmüddətli işləməmişdi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : NASA 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-11-2018 20:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com