Trampın xüsusi nümayəndəsi Greenblatt İsraildədir

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Yanvar

2018
11:55
1426
Trampın xüsusi nümayəndəsi Greenblatt İsraildədir

ABŞ prezidenti Donald Trampın beynəlxalq danışıqlar xüsusi nümayəndəsi Jason Greenblatt İsrail rejiminin İordan çayının qərbi sahili üzrə koordinatoru Yoav (Poli) Mordeçai ilə görüşdüyünü açıqlayıb.

FaktXəbər-in məlumatına görə, o, bu barədə twitter paylaşım edib.

"General Mordeçai ilə əhəmiyyətli bir görüş keçirdim. İsraildə təhlükəsizlik və Fələstin iqtisadiyyatı ilə bağlı məsələləri danışdıq", Greenblatt yazıb.

Xatırladaq ki, Greenblatt israilli rəsmilərlə danışıqlar aparmaq üçün dünən axşam İsrailə səfər etmişdi. Greenblattin səfərinin ABŞ vitse-prezidenti Mayk Pensin İsrailə gedəcəyi 21 yanvar tarixinə qədər davam etməsi gözlənilir.

Məqalədə : Qüds 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2018 13:49



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com