Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

19 Yanvar

2018
21:06
698
General köhnə təkər satanlara cavab verdi

Dövlət Gömrük Komitəsinin rəhbərliyi Almaniyadan idxal edilən köhnə avtomobil şinlərinə görə rüsumların 3 dəfədən çox artırılmasından sonra bir qrup sahibkarın davam etməkdə olan etirazlarına müasibət bildirib.

Komitənin sədr müavini Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında jurnalistlərə açıqlamasında təsdiq edib ki, bir köhnə təkərə (şinə) görə gömrük rüsumu 3 dollardan 10 dollara qaldırılıb.

«Ümumilikdə, 500-dən çox gömrük tarifləri dəyişdirilib, rüsumların 57 faizi dəyişməyib. Dəyişən tariflərin yalnız 7 faizi artırılıb», - S.Mehdiyev əlavə edib.

Mehdiyev işlənmiş şinlərə tətbiq edilən rüsumun artırılmasına qarşı keçirilən etiraz aksiyasına da münasibət bildirib: «Ölkəyə cəmi 3 nəfər işlənmiş təkər gətirib, lakin mitinqə 150-200 nəfər yığışmışdı. Bu, uyğun gəlmir. Biz xalqımızın gələcəyini, balalarımızı düşünürük».

DGK sədri Aydın Əliyev isə şikayətçiləri dinlədiklərini qeyd edib: «Qərar noyabrın 17-də dərc edilib və qüvvəyə minib. Həmin vaxtdan 3 nəfərin adına qeydiyyatda olan 6 maşın işlənmiş təkər gətirilib. Etiraz edən 100 nəfərdən sənədlərini və özünü təqdim etmələrini istədik, onlardan cəmi 11-i sənədini təqdim etdi. Qalan 89-u qaçdı. Onlar iddia edirlər ki, 3 avroya təkər alırlar, buna görə niyə 10 dollar rüsum ödəməlidirlər? Biz də deyirik ki, siz 3 avroluq təkəri burda 50 manata sata bilirsizsə, deməli, bu rüsumu da ödəyə bilərsiniz».

Məqalədə : köhnə təkər 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2018 08:24

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru