Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Yanvar

2018
16:37
1082
Sumqayıt sakinləri 3 nömrəli avtobusdan ŞİKAYƏT edir

Son vaxtlar Sumqayıt şəhərinin nəqliyyatı sahəsində bir çox iş görülür. Bununla yanaşı isə hələ də şəhər sakinləri bəzi maşrutların fəaliyyətindən razı deyillər və bu tip şikayətlərdən biri də 3 nömrəli avtobusla bağlıdır.

Şikayətçi olan Sultan Əzimovun yazdıqlarını olduğu kimi sizə təqdim edirik: "Sumqayıt şəhərində 3 nömrəli marşrut avtobusları bərbad vəziyətdə işləyir. İstədikləri intervalı təyin edirlər. 20-25 dəqiqə intervalında gələn avtobuslar camaatı soyuq çöllərdə qoyur. Və avtobuslarda dəhşət sıxlıq olur, buna görə də heç kəs minə bilmir. Şirvan yaşayış massivindən, H.Zeynalabdin (Nasosnu) bazarı adlanan yerə (yol cəmi 3 km-dir) 15 dəqiqəyə hərəkət edirlər. 30-35 dəqiqə qəsəbənin daxilində vaxt öldürürlər yolda. Bilmirik hara şikayət edək. Gediş haqqını da 25 qəpik təyin ediblər. Qiymət artıq, keyfiyyət sıfır. Əvvəllər yaxşı idi, keçən ildən sonra isə hər şey dəyişdi”.

Qeyd edək ki, 3 nömrəli avtobus barədə şikayətçi tək Sultan Əzimov deyil. Digərləri də marşrut xəttinin intervalının çox olması barədə şikayətlərini bizə qeyd edirlər.
Məsələ ilə bağlı olaraq "Sumqayıt Nəqliyyat" MMC ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq belə, zəngimizə cavab verən olmadı. Aidiyyəti qurumun mövqeyini işıqlandırmağa hazırıq.//Xeberle.com

Məqalədə : Sumqayıt 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2018 13:45

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status