Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

19 Yanvar

2018
15:38
736
Sürüşmənin qarşısını necə almaq olar?
Telman Zeynalov:"Aylarla quraqlıq baş verir, sonra birdən leysan yağır..."

Bakının Səbail rayonu, Bayıl qəsəbəsi, Bakı Televiziya Qülləsinin yaxınlığında davam etməkdə olan torpaq sürüşməsi onlarla evi qəzalı vəziyyətə salıb. Sürüşmə nəticəsində ərazidə eni 1, dərinliyi 5-7 metrə çatan çatlar əmələ gəlib. Ən təhlükəli vəziyyət isə qəsəbənin Cənub dərə küçəsindədir. Sakinlərin bildirdiklərinə görə, dağın yamacında  yerləşən evlərdə bir il əvvəldən yaranan kiçik çatlar iri yarğanlara çevrilib. Xüsusən son 2-3 ayda sürüşmə intensivləşdiyindən hər an evlərinin dağılma təhlükəsi ilə üz-üzə qalıblar.

Bəs belə hadisələr olarsa, sakinlərə hər hansı bir təzminat ödənəcəkmi? Ümumiyyətlə hansı təhlükəsizlik tədbirləri görülməlidir ki, sürüşmənin qarşısı alınsın? FaktXeber.com məsələ ilə əlaqədar Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovdan münasibət öyrənib.

Ekspertin sözlərinə görə, ümumiyyətlə sürüşmənin qarşısını almaq mümkün deyil, çünki təbii fəlakətdir: «Aylarla quraqlıq baş verir, sonra birdən leysan yağır, belə olanda mütləq həmin zona sürüşəcək. Çünki 5-10 metr dərinlikdə ağır gil qatı var. Ora su keçdi, olur yağ kimi sürüşkən. Üstündə olan yük o dəqiqə ağırlıq mərkəzindən sürüşür». 

Onda belə çıxır ki, betonlama və sair bu kimi işlər bu məsələdə yetərli deyil?

Telman Zeynalov bildirdi ki, hətta 100-200 ton üçün beton tökülsə belə, təbii fəlakət zamanı milyonlarla kumbemtr aşağıya gəlir: «Bunun qarşısını kim ala bilər. Bu, hər zaman olub və olacaq da».

Mərkəz direktoru bununla belə bəzi qabaqlayıcı tədbirlərin mümkün olduğunu bildirdi: «Yağışdan əvvəl onlar hər 5 metrdən bir ana çuxura bir bərkidilir ki, yuxarıda quruntlar bir-birindən ayrılsın, bir-birlərinə təzyiq törədə bilməsinlər. Bir də yaşıllıq salmaq - kök imkan vermir ki, su aşağı getsin, onu ətrafında saxlayır». 

Zərərçəkənlərin təzminatına gəldikdə isə Telman müəllim hökumətin belə məsələləri nəzərə aldığını bildirdi: «Dövlət geoloqlarla işlədiyindən vəziyyətin harda, necə olduğunu çox yaxşı bilir. Orda yaşayan əhalinin evləri, sağlamlıqlarını sığortalayırlar. Hadisə baş verəndə dövlət sığorta ilə dəyən zərəri ödəyir».

Xatırladaq ki, bu ərazidə daha əvvəl də çoxsaylı çökmə və sürüşmələr baş verib. 2000-ci ildə Bayıl qəsəbəsində 37 metr çökmə baş verib və Neftçilər prospektində təxminən 200 metr məsafədə asfalt qalxıb. Dərinlikdəki horra şəklində olan məhlul ora yığılıb, amma həmin məhlul dənizə axa bilmədiyi üçün asfalt hündür qalıb.

Məqalədə : sürüşmə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-02-2018 22:14

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru