Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

19 Yanvar

2018
10:55
619
Fətullah Gülənin qardaşı oğlu həbs olundu

Türkiyədə "FETÖ" şəbəkəsinin lideri sayılan Fətullah Gülənin qardaşı oğlu Tavus bin Keysan Gülən həbs olunub. FaktXəbər-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Gülənin qardaşı oğlu Sakarya Respublika Baş Prokurorluğunda aparılan istintaq çərçivəsində İstanbulda saxlanılan  Gülənin qardaşı oğlu silahlı terror təşkilatı qurmaq və onu idarə etməkdə təqsirli bilinib.

Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyi sonuncu hərbi çevrilişin təşkilatçısı sayılan Fətullah Gülənin yaxın tərəfdarlarını təqib edir. Ölkədə 2016-cı ilin 15 iyulunda baş verən dövlət çevrilişinə cəhddən bu yana davam edən əməliyyatlarda 161 min 751 nəfər istintaqa cəlb olunub. Hərbi çevrilişə cəhd edən və bu prosesə dəstək olan 50 min 344 nəfər həbs edilib. Həbs olunanlardan 31 min 498-i məmur, qalanları isə sadə vətəndaşlar olub.

Məqalədə : Fətullah Gülən 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2018 08:36

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru