Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Yanvar

2018
09:33
Rusiyada məktəbdə şagirdlərə balta ilə hücum oldu: Yaralılar var- VİDEO

Rusiyanın  Ulan Ude  şəhərində balta və «Molotov kokteyli» ilə silahlanan iki yeniyetmə müəllim və uşaqlara hücum edib. FaktXeber.com-un məlumatına görə, bu barədə «Tivikom» telekanalı xəbər yayıb.

Bildirilir ki, hücumçular 9-cu sinif şagirdləri olub. Hücumdan sonra sinifdə yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürənlər, təcili yardım və polis əməkdaşları cəlb olunub.

Nəşr bildirir ki, ikinci dərs zamanı hücumçu  üçüncü mərtəbədəki  sinfə «Molotov kokteyli» atıb, bir uşağın barmağını kəsib və bir qızı yaralayıb.

Məktəbdən 500 nəfər təxliyə olunub. İnterfaks bildirir ki, aralarında müəllim və hücumu olmaqla 7 nəfər xəsarət alıb. Onlar deşik-kəsik yaraları ilə xəstəxanaya yerləşdiriliblər.

RİA Novosti bildirir ki, hücumçu 3 nəfər olub. məktəbli formasında 3 şagird dərs keçən otağın qapısını açıb və ora  yandırıcı maddə tullayıb, sonra isə sinifdən qaçan uşaqlara balta ilə zərbə endirməyə başlayıb. Hücumçular maskada olublar. Zərərçəkənlər 7-ci sinif şagirdləri olub. 

Mash telegram-kanalı hücumçulardan birinin fotosunu yayıb.

Bildirilir ki, Anton adlı uşaq düz sinfin qapısına "Molotov kokteyli"ni atıb. Müəllim uşaqları qorumaq üçün Antonu saxlamağa çalışır, lakin hücumçu onu balta ilə yaralayır.

Hadisə şahidinin sözlərinə görə, uşaqlara hücum barədə əvvəldən xəbərdarlıq edilibmiş: onların mesencerlərinə məlumat yollanıb ki, "məktəbə getməyin, ət olacaq".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : məktəb hücum 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 01:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com