Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

19 Yanvar

2018
09:28
671
Yapon ailələr Şimali Koreya liderini məhkəmə verəcək

Koreya Xalq Demokratik Respublikasının (KXDR) kəşfiyyatı tərəfindən yaxınları oğurlanmış yapon ailələri Şimali Koreya lideri Kim Çen Inı Haaqa tribunalına verəcək. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə "Kiodo" agentliyi məlumat yayıb.

Yaxın qohumları oğurlanmış Yaponiya vətəndaşları bildiriblər ki, Şimali Koreya liderinin bu vəziyyətin nizamlanması planında fəaliyyətsizliyi insan hüquqlarının pozulmasına bərabər tutulmalıdır.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Esixide Suqa deyib ki, ölkə rəhbərliyi bu təşəbbüsdən xəbərdardır və yapon vətəndaşları vətənlərinə qaytarmaq üçün əlindən gələni edir.

Qeyd edək ki, 1970-ci illərdə Şimali Koreya kəşfiyyatının yaponları oğurlaması iki ölkə arasında münasibətləri gərginləşdirən ən kəskin məsələlərdən biridir. KXDR hökuməti ilk dəfə 2002-ci ildə yalnız 13 nəfərin oğurlanması faktını təsdiqləyib.

Məqalədə : Şimali Koreya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2018 08:38

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru