Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Yanvar

2018
16:57
Nazarbayevlə toplantıda Tramp jurnalisti qovdu - VİDEO

ABŞ prezidenti  Donald Tram Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşü ilə bağlı Oval Ofisdə keçirdiyi mətbuat konfransında qalmaqal yaşanıb. FaktXeber.com-un verdiyi məlumata görə, o, CNN müxbiri  Jim Acostanın  Norveç vətəndaşları ilə bağlı sualından qəzəblənərək qovub.

Acosta qaçqınlarla bağlı «Daha çox norveçlilər ABŞ-a gəlsin» sözlərininq doğru olub-olmadığını soruşub. Tramp da bu suala, «mən onların hər yerdən gəlməsini istəyirəm, hər yerdən», - deyib.

Acosta  yenə bir sual vermək istədikdə isə Tramp onun sözünü kəsib  və barmağı ilə qapını göstərərək «Bayıra», - deyib.

Bu vaxt mətbuat nümayəndələrini qarşılamaqda məsul olan şəxsin gərginliyin artdığını görərək, «təşəkkürlər Jim, artıq bitir», - deməsi eşidilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Tramp 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-11-2018 20:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com