Poroşenko müharibə əmrini verəcək?

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Yanvar

2018
14:34
1331
Poroşenko müharibə əmrini verəcək?

Ukrayna Ali Radası Donbasın reinteqrasiyası haqqında qanunu qəbul edib, FaktXəbər-in "112 Ukrayna" telekanalına istinadən verdiyi məlumata görə, bu qərarı 280 deputat dəstəkləyib.

Parlamentin qəbul etdiyi sənədi növbəti mərhələdə Ukrayna prezidenti Pyotr Poroşenko imzalamalıdır.
 
Sənədə əsasən, Kiyevin nəzarətindən kənar Donbas regionu işğal olunmuş ərazi kimi tanınıb. Qanun layihəsi Rusiyanı "işğalçı ölkə" kimi qəbul edib. Sənəddə həmçinin deyilir ki, Rusiyanın üzərinə Ukrayna hökuməti və yerli özünüidarəetmə orqanlarına vurduğu maddi və mənəvi zərbəyə görə məsuliyyət düşür.
 
Reinteqrasiya haqqında qanun regionda sülh dövründə ölkənin suverenliyinin təmin edilməsi üzrə tədbirlərin reallaşdırılması üçün Ukrayna prezidentinə qanuni olaraq silahlı qüvvələrdən istifadə etmək hüququ verir.
 

Məqalədə : Ukrayna 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2018 13:48



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com