Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Yanvar

2018
12:18
Hindistan 5 min km-lik raketini sınayıb - VİDEO

Hindistan nüvə başlığı daşıyan bilən 5 min kilometr mənzilli "Agni-V" ballistik raketini sınaqdan keçirib. FaktXəbər-in "indiatvnews"a istinadən verdiyi məlumata görə, ballistik raket Əbdülkəlam adasından atılıb.
 
Hindistanın müdafiə naziri Nirmala Sitharaman nüvə başlığı daşıya bilən "Agni-V" ballistik raketinin uğurla sınaqdan keçirildiyini açıqlayıb. Yerli mətbuat isə yazır ki, raketin bütün testlərdən uğurlu keçməsi hələlik məlum deyil.
 
Qeyd edək ki, "Agni-V" ballistik raketi bütün sınaqlardan uğurla keçərsə, Hindistan dünyada uzun mənzilli raketə malik 6-ci ölkə olacaq.
 
Ekspertlərin fikrincə, Hindistan sahib olduğu qısa mənzilli "Prithvi", "Dhanush", "Angi" raketlərini Pakistan, uzun mənzilə sahib "Agni-IV" və "Agni-V" raketlərini isə Çinə müdaxilə üçün istehsal edir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Hindistan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-11-2018 20:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com