Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Yanvar

2018
14:52
Avtobusu sərnişinlər yandırıbmış - YENİLƏNİB

14:52 - Qazaxıstanda 52 nəfərin ölümünə səbəb olan yanğın hadisəsi ilə bağlı yeni məlumatlar daxil olub. FaktXəbər-in verdiyi məlumata görə, hadisə zamanı yaxınlıqdan keçən TIR sürücüsü "REN TV"-yə bildirib ki, sərnişinlər "primus" yandıraraq avtobusda isinmək istəyib.

Daha sonra salonda münaqişə yaranıb və kiminsə ayağı benzinlə dolu plastik şüşəyə dəyib. Nəticədə avtobusun salonuna düşən alov onu ani şəkildə yandırıb.

***

11:52 - Avtobusunun yanması nəticəsində ölən sərnişinlər Özbəkistan vətəndaşları olub. Bu barədə vilayət departamentinin Fövqəladə Hallar İdarəsi məlumat verib.

Rusiya və Qazaxıstan vətəndaşları orada olmayıb. Bildirilir ki, avtobus Özbəkistandan Rusiyaya gedirdi.

***

11:03 - Qazaxıstanın Aktyubinsk vilayətində sərnişin avtobusu yanıb. Hadisə zamanı avtobusda olan 52 sərnişin həyatını itirib.

FaktXəbər-in "Tengrinews" agentliyinə istinadən verdiyi məlumata görə, yanğın yerli vaxtla 10:30 (saat 07:30) radələrində İrqizk şəhərində yerləşən Samara-Şımkent yolunda baş verib.
 
Avtobusda iki sürücü və 55 sərnişin olub. Sərnişinlərin vətəndaşlığı müəyyənləşdirilir.
 
Qeyd olunur ki, 52 nəfər yerindəcə həlak olub, sağ qalmış 5 nəfərə tibbi yardım göstərilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qazaxıstan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 15:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com