Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Yanvar

2018
10:42
Tramp “Saxta KİV”lər mükafatını təqdim edib

ABŞ prezidenti  Donald Tramp Tvitterdə bəyan edib ki, «saxta KİV»lər barədə vəd verdiyi mükafatını təqdim edib. 

«Bu da saxta xəbərlər müsabiqəsinin qəlibləri», - yazan Tramp ardınca Respublika Partiyasındakı yazısının linkini qoyub.

Saxta xəbərlər arasında Trampın seçilməsindən sonra bazarlarda indekslərin düşəcəyi barədə proqnoz (New York Times, Pol Kruqman), Trampın Milli Təhlükəsiz üzrə sabiq müşaviri Maykl Flinnin «ruslarla əlaqə» barədə ifadə verəcəyi (ABC News, Brayan Ross), WikiLeaks-in Demokratik Partiyasının Milli Komitəsinin sənədlərini dərc etməzdən əvvəl Trampın kürəkəni Cared Kuşnerə göndərməsi (CNN), ABŞ prezidentinin  Ağ Evin Oval Kabinetindən Martin Lüter Kinqin  büstünün götürülməsi barədə fərman verməsi (Time, Zik Miller), Trampın tərəfdarları qarşısında çıxış etdiyi zaman stadionun yarısının boş olması barədə Tvitter (Washington Post, Deyv Uiqel), Trampın  Yaponiyada baş nazir Sindzo Abe ilə görüşü zamanı  hovuzda balıqlara həddən artıq yem verməsi (CNN), Ağ Evdə cəmi bir neçə gün kommunikasiya direktoru olmuş Gntoni Skaramuççinin Rusiya ilə əlaqələri (CNN), Polşanın birinci xanımının Trampın əlini sıxmaqdan imtina etməsi (Newsweek), Prezidentin qovduğu FTB direktour Ceyms Kobinin «Rus iddiası» ilə bağlı heç vaxt Trampa istintaqda olmadığını deməməsi (CNN), Ağ Ev Administrasiyasının öz saytlarından iqlim dəyişmələri barədə araşdırmanı silməsi (New York Times) var.

Tramp sonda rusiya iddiası ilə reportaj hazırlayan bütün saytların adlarını qeyd edib.

«Qaliblər» siyahısında ümumilikdə CNN-in 4 reportajı, New York Times-ın  iki reportajı və hər birində bir reportaj olmaqla ABC, Washington Post, Time, Newsweek qəzetlərinin adları var.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
387

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
347

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
322
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 16:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru