Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Yanvar

2018
10:07
İtaliyada hicablı vəkil məhkəmə zalından qovuldu

İtaliya mediasının yazdığına görə, ölkənin şimalındakı Bolonya şəhərindəki məhkəmədə prosesə girən Mərakeş əsilli vəkil Əsma Belfakir hicablı olduğu üçün hakim tərəfindən zaldan qovulub.

FaktXəbər bildirir ki, hakim Giankarlo Mozzarelli 25 yaşlı Belfakirdən başını açmasını tələb edib, əks halda zaldan qovulacağını söyləyib. Hicabını çıxarmağı rədd edən Əsma Belfakir məhkəmə zalından çıxarılıb.

İtaliyanın AGI Agentliyinə açıqlama verən Belfakir, "əvvəllər belə bir şey başıma gəlməyib. Bu günə qədər Bölgə Administrasiya Məhkəməsində onlarla məhkəmədə iştirak etmişəm, hətta Ədliyyədə də heç kəs hicabımı çıxarmağımı istəməyib. Əgər əsas təhlükəsizlik məsələsidirsə, hicab üzümü bağlamır, yəni tam şəkildə tanınıram", - deyib.

Hakimin hüquqi deyil, mədəniyyət adından danışdığını bildirən Əsma Belfakir, hakimin onun arxasınca, "bu, mədəniyyətimizə və ənənələrimizə hörmətlə bağlıdır", - dediyini söyləyib.

Gənc İtalyan Vəkillər Cəmiyyəti hakimin hərəkətini "qəbuledilməz və konstitusion prinsiplərə zidd" adlandırıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : hicablı vəkil 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 12:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com