
Dünəndən başlayaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Sistemində (dyp.gov.az), ASAN xidmətin Asanpay.az saytında və Daxili İşlər Nazirliyinin [email protected] saytında qayda pozan sürücülərə tərtib olunmuş elektron protokolların bir qisminə xitam verilməsinə başlanılıb.
FaktXəbər avtosfer.az-a istinadən xəbər verir ki, DİN rəhbərliyinin göstərişi əsasında sistemdən silinən cərimələr bir il ərzində qərarsız görünən və sürücüyə çatdırılmayan radar cərimələrinin (MMX) protokollardır.
Baş DYPİ-nin şöbə rəisi, polkovnik Kamran Əliyev məlumatı təsdiq edib. Bildirib ki, həqiqətən də iki gündür sürücülərə tərtib olunmuş, DYP-nin Mərkəzi-Məlumat Sistemində qərarsız görünən, bir il ərzində sürücüyə çatdırılmayan elektron protokollara xitam verilməsinə başlanılıb: “Artıq DYP-nin, ASAN xidmətin və Daxili İşlər Nazirliyinin elektron xidmətlərində qeydiyyatdan keçən sürücülər 1 ildən artıq qərarsız olan cərimələrin silindiyinin şahidi olurlar. Yol polisi xeyli vaxtdir bu sistemi avtomatik rejimdə qurmağa çalışırdı. Artıq bu ildən sistem işə düşüb və qərarsız cərimələr 1 ili tamam olduqda avtomatik rejimdə silinir. Əvvəllər sürücülər 1 ili ötmüş qərarsız cərimələrin silinməsi, yəni xitam verilməsi üçün yol polisinə müraciət edirdisə, artıq buna heç bir ehtiyac yoxdur. Sistem özü avtomatik qaydada həmin cərimələri silir”.
Bununla yanaşı, Kamran Əliyev sürücülərə müraciət edərək bildirib ki, bu yenilik sürücüləri arxayın salmamalıdır: “Sürücülər qərarsız cərimələri də ödəyə bilərlər. Asanpay.az və [email protected] saytlarında bu imkan yaradılıb. Kimsə arxayın olmasın ki, gizlənmək yolu ilə cərimədən azad ola bilər. Hətta vaxtın tamam olmasına 1 gün qalsa belə həmin sürücünü tapıb protokolları təqdim edib qərar qəbul etmək mümkündür. Bundan əlavə, yol polisi əməkdaşları da həm küçə və yollarda, həm də stasionar postlarda nəzarəti gücləndiriblər. Cəriməsi olan, amma sistemdə qərarsız kimi görünən, yəni, sürücüyə çatdırılmayan elektron protokolları olan sürücülər saxlanılacaq və rəsmi qaydada təqdim olunacaq. Bundan əlavə, yaxın vaxtlarda daha bir yenilik gözlənilir. Sürücülük vəsiqəsi dəyişdirildikdə, avtomobil texniki baxışdan keçirildikdə və ya qeydiyyat və təkrar qeydiyyat prosesi zamanı qərarsız cərimələr bir-bir həmin sürücüyə rəsmən təqdim olunacaq. Yəni, kimsə zənn etməsin ki, bir il gizlənməklə cərimə ödəməkdən yaxa qurtara biləcək. Hazırda köhnədən qalan cərimələr silinir. Bir ili tamam olmayanlar isə adı qaydada sürücülərə çatdırılır”.

Altı ay komada qalan və dünən şəhidlik zirvəsinə ucalan hərbçimiz dəfn olundu - FOTO
16
Aprel
Vyanadakı nüvə anlaşması üzrə ortaq komissiyanın danışıqları sona çatdı
16
Aprel- 16-04-2021 12:15 Bank kartlarından vəsait tutulması xəbərləri haqda - Rəsmi açıqlama
- 16-04-2021 11:58 Altı ay komada qalan və dünən şəhidlik zirvəsinə ucalan hərbçimiz dəfn olundu - FOTO
- 16-04-2021 11:42 Karantin nə zaman sərtləşdiriləcək? - VİDEO
- 16-04-2021 11:13 DYP-dən sürücülərə MÜRACİƏT
- 16-04-2021 10:59 Xalq artisti Eldar Quliyev vəfat edib
- 16-04-2021 10:25 FHN əməliyyat görüntülərini yaydı - VİDEO
- 15-04-2021 15:45 Uşaq və yeniyetmələr arasında piylənmə artıb
- 15-04-2021 14:58 Sabah Bakıda 21 dərəcəyədək isti olacaq
- 15-04-2021 14:25 Daha bir şəhidimizin övladı dünyaya gəlib
- 15-04-2021 14:12 Bakıda bağçalarda uşaqlara geyim və kakao alınması adıyla 2 mln. manata qədər pul qanunsuz xərclənib
- 15-04-2021 11:46 Azərbaycanın yerüstü su ehtiyatlarının həcmi açıqlanıb
- 15-04-2021 11:17 ABŞ-da polis nümayişçilərə atəş açdı
- 15-04-2021 10:13 Bu gündən mənzillərin istilik təchizatı dayandırılır
- 15-04-2021 09:33 Hacı Surxay: “Məscidlərdə bayram namazlarına icazə verilə bilər” - VİDEO
- 14-04-2021 16:53 Yoluxanların sayı ilə bağlı statistika
- 14-04-2021 14:21 MİDA 21 milyon manatlıq 2 tenderə yekun vurub
- 14-04-2021 13:01 Sabahın hava proqnozu açıqlandı
- 14-04-2021 12:09 Azərbaycanda 41% vətəndaş 65 yaşa çatmadan ölür
- 14-04-2021 11:14 “Space”də yoxlamalar başladı: Vaqif Mustafayevin dövrü araşdırılır
- 14-04-2021 09:36 Azərbaycanda Ramazan ayı başladı
- 13-04-2021 17:14 “Nar” “Yeniliklər Dalğası” kampaniyasına start verir
- 13-04-2021 16:04 Vətən müharibəsi şəhidləri üçün 321 ağac əkildi
- 13-04-2021 14:42 İlham Əliyev Avro-2020-nin Bakıda keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb
- 13-04-2021 14:18 Sabah hava küləkli olacaq
- 13-04-2021 11:58 Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib - VİDEO